Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycanı qurtarmağı qardaşlıq borcu bilen qehreman paşaya…”

28 Haziran 2016

7:56 pm


28/06/2016 [23:55]: xeber –
sayt millət vəkili Qənirə Paşayevanın son statusunu oxuculara təqdim edir:”Əziz dostlar, bu günlərdə aldığım çox gözəl bir xəbəri sizlərlə paylaşmaq istərdim. Qardaş Türkiyənin Azərbaycanda xidmət edən hərbiçi qardaşlarımızdan biri zəng edərək bildirdi ki, tanınmış araşdırmaçı-yazar Akif Aşırlı ilə mənim İstanbulda “Edirne Kapı” Şəhitliyində Türk Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın qəbrini tapmamız, onun qəbrinin yüksək səviyyədə (Paşanın adına yaraşan şəkildə) səliqə-səhmana salınması (qəbir və çevrəsində təmir-bərpa işlərinin görülməsinə ciddi ehtiyac olması) ilə bağlı əlaqədar qurum və quruluşlara etdiyimiz çağırışlarla tanış olub. Hərbiçi qardaşımız bu çağırışların əks olunduğu məqaləni oxuyub, orada çəkdiyimiz fotolarla tanış olub və Türkiyə Silahlı Qüvvətlərinə bu barədə məlumatlar göndərib.“Bir millət, iki dövlət” düsturuna, hər iki dövlətimizin ortaq dəyəri olan Nuru Paşa adına (irsinə!) biganə qalmayan dəyərli hərbiçi qardaşlarımız, Türkiyə Silahlı Qüvvətlərinin Nuru Paşanın qəbrini və çevrəsini yüksək səviyyədə təmir(-bərpa) edəcəyini bildirdi. Çox sevindim!Hərbiçi qardaşımdan Türkiyə Silahlı Qüvvətlərinə təşəkkürümü söyləməsini istədim. Buradan bir daha Türkiyə Silahlı Qüvvətlərinə bizim narahatçılıq və təşəbbüsümüzə bu cür yüksək duyarlıq göstərdiyinə, dəstək verdiyinə görə təşəkkür edirəm! Hərbiçi qardaşıma isə hər zaman olduğu kimi milli məsələlərə həssaslığı üçün bir daha təşəkkür edirəm!Bu addımla, Nuru Paşa ilə yanaşı yüzlərlə şəhidimizin də ruhu şad olacaq!Nuru Paşanın müəmmalı partlayışa qurban getməsi, o partlayışın törədilməsində ermənilərin əlinin olmasına dair şübhələr cavabını gözləyən suallardır… Dəyərli Hərbiçi qardaşıma da söylədiyim kimi inşallah, “Edirne Kapı” Şəhitliyində gözlənilən törəndə böyük məmuniyyətlə iştirak edəcəyik. Belə mübarək işlər, tədbirlər vasitəsi ilə gənc nəsillərimizə tarixi şəxsiyyətlərimizi, ortaq dəyərlərimizi daha geniş tanıtmanın vacibliyinə inanıram; inanıram ki, Nuri Paşa haqqında müstəqil Azərbaycanın vətəndaşı olaraq bizlərin danışması, yazması vəfa borcudur. Zamanında Azərbaycanı qurtarmağı qardaşlıq borcu bilən qəhrəman paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur.Nur içində yat, Nuri Paşa!””




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler