Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycanda zererli dini ideologiyalara heç vaxt yer olmayıb”

28 Ağustos 2016

9:40 am


28/08/2016 [13:36]: xeber –
“Azərbaycanda zərərli, radikal dini ideologiyalara heç vaxt yer olmayıb
və bu gün də yoxdur”.

Bunu sayt-a açıqlamasında millət vəkili Siyavuş Novruzov
bildirib. Onun sözlərinə görə, böyük sivilizasiya və mədəniyyətlər yaratmış Azərbaycan
xalqı, nə bu gün, nə də bundan öncə zərərli, təhlükəli, qeyri-insani dini
ideologiyalara qucaq açmayıb, əksinə, buna qarşı mübarizə aparıb:

“Azərbaycan qədim mədəniyyət, sivilizasiya mərkəzi olub. Şərq və Qərb
arasında körpü rolunu oynayıb. Yüksək mədəniyyət, dünyagörüşü və dərrakəyə
malik olan Azərbaycan xalqı zərərli dini ideologiyalara hec vaxt qucaq açmayıb,
bundan imtina edib. Bu gün də bəzi qüvvələrin cəhdlərinə baxmayaraq bizdə bu
cür dini ideologiyalar özünə yer edə bilmir. Qeyd etdiyim dini ideologiyalar
heç vaxt özlərinə ciddi sosial baza yarada bilməyiblər.

Əminəm ki, bundan sonra da radikal dini ideologiyalar Azərbaycanda
özlərinə dayaq tapa, öz məqsədlərinə çata bilməyəcəklər”.

 

Seymur Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler