Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanda yaşayan sirli zümre – MARAQLI

27 Temmuz 2016

10:28 am


27/07/2016 [14:25]: xeber –
Yəqin ki, hörmətli oxucu başlığı oxuyan kimi söhbətin hansısa mistik qüvvələrdən, yaxud, sehrli varlıqlardan getdiyini düşündü. Çox hörmətli oxucunun adından danışdığımız üçün üzrxahlığımızı bildiririk. Lakin Azərbaycanın ən sirli ünsürü elə onun qədim tarixidir. Bu tarixin bütün üzünü görən, ona heç zaman xilaf çıxmayan, hamının adi insanlar kimi qavradığı zümrə var ki, adına tərəkəmə deyərik. Tərəkəmə indiyə qədər özünü, ruhunu, kökənini qoruduğu üçün elə ən böyük sirr sahibidir. Bugün onların yaşam tərzinə baxsaq,  tarixin bütün izlərini, sirlərini tərəkəmələrin simasında, gündəlik həyatında görə bilərik.sayt bu yazısında tərəkəmələrlə bağlı maraqlı faktları təqdim edəcək:TARİXTərəkəmələr türkdilli tayfalardır. Əvvəllər Sırdəryanın sağ sahilində yaşayıblar. Oğuz türkləri XI əsrdən başlayaraq, İran, Zaqafqaziya, Kiçik Asiya və Mesopotamiyaya yayılıblar. Köçəri həyat sürən oğuzların bir hissəsinə tərəkəmə (“ər” türkmən sözünün cəmidir) deyiblər. Azərbaycanda Kür-Araz ovalığında, Mil-Qarabağ, Muğan və Şirvan düzlərində yaşayan və icma halında yaylağa gedən tərəkəmələr həm də əkinçiliklə məşğul olurdular. Tərəkəmələrin qalan hissəsi aranda biçini qurtarıb, payız əkininə hazırlıq görürdülər.Tərəkəmələrin bu gün yaşatdığı adətlər qədim türklərdən, hətta Bilgə xaqan zamanından qalan bir mirasdır. “Kitabi-Dədə Qorqud” dastanında da bəzi adətlər bu gün tərəkəmələr tərəfindən qorunur. Xüsusən də İmişlinin Əliqulular, Sarıxanlı, Muradxanlı kəndlərinin, Borçalı bölgəsinin camaatının tarixin sınağından çıxmış adət-ənənələrinə rast gəlmək mümkündür. Bu ənənə və inanclar həmçinin Beyləqan rayonunun Eyvazalılar, Tatalılar, Bünyadlı, Bərdə rayonunun Hacallı, Mehdili kəndlərində, eləcə də Gədəbəy, Tovuz, Mərkəzi Aran zonası, Lerik, Masallı və bir çox çox rayonlarımızın kəndlərindəki tərəkəmələr tərəfindən yaşadılır:İnanc və rituallarTərəkəmə üçün otun, otlağın, biçənəyin, xamın öz mənası var. İtin hürməyi, atın kişnəməyi, qurdun ulamağı, quzu mələrtisi tərəkəmə üçün nəsə deyir. Bir körpə quzunun, necə deyərlər, “burnunun qanaması” belə, tərəkəmənin gözündən yayınmaz. İtin də, atın da, köşəyin də öz dəyəri var tərəkəmə üçün. Tərəkəmə istər min baş olsun, istər yüz və ya on baş, qoyun-quzunun hər birini üzündən tanıyar, quzunun mələrtisindən hansı qoyunun balası olduğunu dərhal anlar, ilin gəlişindən sürünün sayını əvvəlcədən təyin edər. Bir yetim quzunu aldırmayınca, rahatlıq tapmaz.Tərəkəmələrin adət-ənənə və inancları daha çox at, it və qoyun-quzu ilə bağlıdır. Amma onlar üçün otun, otlağın, biçənəyin öz mənası var. İtin hürməyi, atın kişnəməyi, qurdun ulamağı, quzu mələrtisi tərəkəmə üçün nəsə deyir. Bir körpə quzunun, necə deyərlər, “burnunun qanaması” belə, tərəkəmənin gözündən yayınmaz. İtin də, atın da, köşəyin də öz dəyəri var. Tərəkəmə dövlət becərəndir. Turan dünyasında nə qədər inanc, ritual varsa, hamısı tərəkəmələrə şamil olunur. “Qodu-qodu”, “yel gəldi”, “duman getsin” kimi rituallar var. “Qodu-qodu” deyilən nəğmə oxunur və həqiqətən də duman çəkilir.At və itlə bağlı inanclarTərəkəmələrin inanclarına görə, əgər at ayağını yerə döyərsə, bu  təhlükədən xəbər verir. Tərəkəmə də ona sözsüz ki, inanır. Atın kişnəməsi isə yağışın yağmasına işarədir. Əgər at qışda yerə rahat şəkildə uzanarsa tərəkəmə o saat düşünür ki, aha, deməli, sabah yaxşı hava olacaq. Yox əgər at isti havada belə,  üstünün tozunu təmizləyərsə, qar yağacaq”.Tərəkəmə atını sınaqdan keçirən zaman əlində bir parç su ilə onun belinə minir və çapır. Əgər sona çatanda su dağılmırsa o atı özü üçün seçir. At üstündə oğurluq isə tərəkəmənin qəhrəmanlığını göstərir. Böyük qırğız yazıçısı Çingiz Aytmatovun “Ana tarla” əsərində belə bir səhnə var: yaylaqda olan oba gəncləri at üstündə ötüşür, ən cəld olan çoban isə toğlunu elə at çapa-çapa yerdən götürür və onu ya sevdiyi xanımın ayaqları altına atır, ya da onun qaldığı alaçığın kandarına tullayır. Bəzi tərəkəmə ellərində bu gün də bu adət qalmaqdadır. Toy vaxtı qız və oğlan evinin gəncləri ata minir və bu minvalla ötüşürlər, at üstündə toğlunu götürmək isə hünər sayılır. Arxacı (qoyun saxlanılan yer) kim keçsə çağırarlar: – Yolunu burdan sal, ay yol adamı. Bərəkət üstüdü, bərəkət üstündən ac addama”İtləri alaçığın qabağından yemləməzlər. Sağından sonra quzuçunu çağıranda adı ilə çağırmazlar. Niyəsini sərkərlər (sürünün önündə gedən çobanlar) yaxşı bilir. (Amma bu təbii ki, uzun zamanlardan bəri formalaşan inanca görədir. Sırf bərəkətin qaçmaması ilə bağlıdır)Əli ağacsız çobana əl çobanı deyərlər.Gecə sürüyə oğru girəndə çoban qoyun öskürəyindən onu bilər və deyər: “Gen dolan, məndən sarp aprammazsan””At nalın zibilliyə atmazlar ki, evin xeyir-bərəkəti gedər.Yaylaqdan qayıdanda sökülmüş binənin yerinə şirni töküb üstünə su səpərlər. Bu da ona görədir ki, gələn köç vaxtına qədər bu yerlərin bərəkəti qalsın.Qoyun qırxan zaman ona su göstərməzlər ki, qırxılığa düşər.Qoyun qırxılanda quyruğunun tükündən bir əlçim götürüb ağız-burnuna sürtərlər ki, tez qoça gəlsin.Qoyun ikicanlı olan vaxt yanında qurdun adını çəkməzlər ki, balası ölər”.Tərəkəmənin özünə bir ağac vursan, kar eləməz, itinin ağzına bir çubuq çəkdinsə, qanın getdi.Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler