Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycanda uşaq herbi-idman düşergelerine ehtiyac var”

27 Haziran 2016

7:52 am


27/06/2016 [11:51]: xeber –
Rusiya bu yay Krımda
12-18 yaş uşaqlar üçün hərbi düşərgələr təşkil etməyi planlaşdırır. Məlumata
görə, düşərgəyə cəlb edilən uşaqlar çadırlarda yaşayacaq, onlara hərbə aid zəruri
bilik və vərdişlər aşılanacaq. Maraqlıdır, torpaqları işğal altında olan Azərbaycanda
da uşaq hərbi düşərgələrinin yaradılmasına ehtiyac varmı?

Bununla bağlı
sayt-a açıqlama verən hərbi ekspert Azad İsazadə bu cür düşərgələrə
ehtiyac olduğunu vurğuladı:

“Bu cür düşərgələrə
ehtiyac var. Bundan öncə dəfələrlə bu cür təkliflər səslənib. Hərbi-idman düşərgələrini
90-cı illərdə ilk növbədə çadırlarda yaşayan qaçqın və məcburi köçkün uşaqları
üçün yaratmaqla bağlı təkliflər verilmişdi. Amma o zaman beynəlxalq təşkilatlar
bu cür düşərgələrin yaradılmasına etiraz edirdilər və bildirirdilər ki, siz gələcək
döyüşçülər hazırlayırsınız. Bu məsələ uzun müddət havada qaldı. Məndə olan məlumata
görə 1-2 dəfə belə düşərgələr keçmiş müharibə veteranları tərəfindən şəxsi təşəbbüs
nümunəsi olaraq yaradılıb. Amma maliyyə baxımından dəstək tapmadığı üçün öz
mövcudluğunu qoruyub saxlaya bilməyib.

Azərbaycanda adi istirahət
düşərgələri var. Bunlardan biri DİN-nin nəzdindədir. Sovetdən qalma bu pioner
düşərgəsini yenidən qurublar. Lakin burada sadəcə uşaqların istirahəti həyata
keçirilir. Burada idman və hərbə aid heç nə yoxdur. Azərbaycanda yalnız bu cür
adi düşərgələr mövcuddur”.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler