Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanda “Tax free” sisteminin tetbiqi qaydası tesdiqlenib

12 Temmuz 2016

3:48 pm


12/07/2016 [19:47]: xeber –
Prezident İlham Əliyev “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.”Report”un məlumatına görə, sənəddə bildirilir ki, ölkə iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sektorunun inkişafında son illər ərzində bir sıra mühüm nailiyyətlər əldə edilib. Aparılan iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın diversifikasiyası bu sahənin inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olub.Bu tədbirlərin davamı olaraq növbəti dövrlərdə də iqtisadiyyatın neft gəlirlərindən asılılığının minimuma endirilməsi və qeyri-neft sektorunun inkişafına əsaslanan rəqabət qabiliyyətli milli iqtisadiyyata çevrilməsi əsas vəzifələrdən biri kimi müəyyən edilib.Göstərilən hədəflərə nail olmaq üçün qeyri-neft sektorunun mühüm sahələrindən olan turizmin inkişafı və ölkənin əlverişli turizm potensialından daha səmərəli istifadə etməklə bu sektorun iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilməsi istiqamətində qabaqcıl beynəlxalq təcrübələr əsasında müntəzəm olaraq işlər həyata keçirilməkdədir.Ötən dövr ərzində turizm sektorunda görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün münbit şərait yaradılıb, beynəlxalq turizm bazarına inteqrasiya təmin olunub və milli turizm kompleksinin rəqabətə davamlığı yüksəldilib.Ölkədə turizm infrastrukturunun beynəlxalq tələblərə uyğunlaşdırılması, onun ənənəvi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi turizm sektorunun rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, bu sahədə rəqabətədavamlı qiymət təklifinin təmin edilməsini zəruri edir.Fərmana əsasən, ölkəyə xarici turistlərin marağının artırılması, turizm sektorunda son illər ərzində nail olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi üçün beynəlxalq təcrübədə xarici turistlərə münasibətdə geniş istifadə edilən “tax free” sisteminin respublikamızda tətbiqinin təmin edilməsi məqsədilə “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” təsdiq edilib.Nazirlər Kabinetinə Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim edilməsi, elektron vergi hesab fakturasının vahid formasının on beş gün müddətində təsdiq edilməsi, infrastrukturun yaradılması üçün maliyyələşməni təmin edilməsi, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlaması və bunun icrası barədə üç ay müddətində Prezidentə məlumat verilməsi tapşırılıb.Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.Müvəkkil bankın (bankların) Maliyyə Nazirliyi ilə razılaşdırmaqla on beş gün müddətində müəyyən edilməsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (“tax free”) sisteminin Azərbaycanda tətbiqi məqsədilə həmin qaydada nəzərdə tutulan infrastrukturunun, o cümlədən proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun vergi və digər aidiyyəti dövlət orqanlarının, habelə müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasının təmin edilməsi, vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyinin təmin edilməsi Vergilər Nazirliyinə həvalə olunub.Bundan başqa, Vergilər Nazirliyi nəzərdə tutulan tələblərin yerinə yetirilməsi məqsədilə Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidməti ilə razılaşdırmaqla iki ay müddətində Vergilər Nazirliyinin məlumat bazasının “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə inteqrasiya edilməsini və sistem daxilində Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti arasında məlumat mübadiləsinin aparılmasını tənzimləyən normativ hüquqi aktların layihələrini hazırlayıb Prezidentə təqdim etməlidir.Vergilər Nazirliyi həmçinin Mədəniyyət və Turizm Nazirliyi Vergilər Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə “tax free” sisteminin Azərbaycanda tətbiqi ilə bağlı təbliğat, təşviqat və məlumatlandırma tədbirlərini, o cümlədən kütləvi informasiya vasitələrində və hava nəqliyyatında video çarxların yayımlanmasını və ölkəyə gələn turistlərə müvafiq bukletlərin paylanmasını təmin edəcək.Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ödənilmiş əlavə dəyər vergisinin bu fərmanla təsdiq edilmiş qaydanın tələblərinə uyğun olaraq Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan əlavə dəyər vergisi üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını isə Maliyyə Nazirliyi həyata keçirəcək.Dövlət Gömrük Komitəsi də risklərin azaldılması və əlavə dəyər vergisinin qaytarılması ilə bağlı prosedurların asanlaşdırılması məqsədilə malların fiziki yoxlanmasının həmin qaydanın tələblərinə uyğun olaraq risk qiymətləndirmə sistemi əsasında həyata keçirilməsini təmin edəcək.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler