Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanda resmi işsizlerin sayı açıqlanıb

13 Ağustos 2016

7:52 am


13/08/2016 [11:50]: xeber –
2016-cı il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 4962,3 min nəfər olub, onlardan 4716,5 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.Dövlət Statistika Komitəsindən sayt -a verilən məlumata görə, bu ilin iyulun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1521,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 889,7 min nəfər, qeyri-dövlət sektorunda isə 631,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,5 min nəfər, qeyri-neft sektorunda isə 1486,6 min nəfər çalışıb.Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,9%-i emal sənayesində, 6,8%-i tikintidə, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2%-i mədənçıxarma sənayesində, 2%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.Xidmət sahəsində işləyənlərin 22,2%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i istirahət, əyləncə və incəsənət, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 1,6%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.2016-cı ilin yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 150,3 saat təşkil edib.2016-cı il avqust ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 35 min nəfər olub, onların 37,7%-i qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 246,2 manat olub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler