Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanda repititor, bağban, ustalar dövlete vergi ödeyecekler

04 Ekim 2016

11:04 am


04/10/2016 [15:00]: xeber –
Patent vergisinin tətbiqi ilə bağlı yeni qanun layihəsi hazırlanıb. Vergilər nazirinin müavini İlkin Vəliyevin verdiyi məlumata görə, hazırda layihə müzakirə olunur.O bildirib ki, patent vergisi repititorlar, bağbanlar, müxtəlif təmir və tikinti işləri görən ustalar, dil təlimçiləri və bu kimi fərdi qaydada xidmət göstərən şəxslərə tətbiq ediləcək. Həmin şəxslərin dəqiq siyahısı və ödənişin məbləği müəyyənləşdirilir. Nazir müavini patent vergisinin 50 manat və daha artıq olacağını istisna etməyib.İ.Vəliyevin sözlərinə görə, bu vergi növü diferensial qaydada toplanacaq. Belə ki, bölgələrdə həmin xidmətlər paytaxla müqayisədə aşağı olduğundan vergi ödənişləri də fərqli olacaq.  Qeyd edək ki, patent vergisinə cəlb olunan şəxslərin qeydiyyatı və ödənişləri ənənəvi qaydada olmayacaq. Belə ki, onlar VÖEN almayacaqlar, hesab açmayacaqlar, vergi hesabatları verməyəcəklər. Çünki bu texniki cəhətdən mümkün deyil.  Xatırladaq ki, sadələşmiş vergi ödənişi də diferensial qaydada toplanır. Regionlar üçün bu məbləğ 2%, Bakıda isə 4% müəyyən edilib. (Fins.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler