Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanda referendum keçirilecek – Mehkeme qerarını açıqladı

25 Temmuz 2016

8:44 am


25/07/2016 [12:40]: xeber –
Bu gün Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsinə baxacaq.2016-cı il iyulun 18-də Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası bu gün saat 10:00-a təyin olunub.***İclası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev açıb. O qeyd edib ki, iclası 8 hakim idarə edir. İclasda Azərbaycan Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev də iştirak edir. Hazırda Konstitusiyaya təklif edilən dəyişiklik layihəsinə baxılır.***İclasda çıxış edən Ş.Əliyev Konstitusiyaya təklif edilən dəyişikliklər haqqında məlumat verib. O bildirib ki, Azərbaycan Konstutsiyasına edilən son dəyişikliklərdən 7 il ötür: “Ötən 7 il ərzində Azərbaycanda xeyli inkişaf prosesləri baş verib və bu gün təklif edilən dəyişkiliklər baş verən inkişafdan irəli gəlir”.***Məhkəmədə fasilə elan edilib. Hakimlər dəyişiklikləri müzakirə etmək üçün müşavirəyə çıxıb.***Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib.Rəyi elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, təklif edilən dəyişikliklər Azərbaycan Konstitusiyasının müddəalarına zidd deyil və ümumxalq səsverməsinə çıxarıla bilər.(Qafqazinfo)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler