Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanda oxuyub fransız diplomu almaq şansı…

18 Temmuz 2016

6:52 am


18/07/2016 [10:49]: xeber –
2016/2017-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil məktəbləri arasına biri də qoşulur. Bu Azərbaycan Respublikası və Fransa prezidentlərinin təşəbbüsü ilə yaradılan Fransız-Azərbaycan Universitetidir (UFAZ). Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə dünyanın aparıcı ali məktəblərindən bir olan Strasburq Universitetinin iştirakı ilə yaradılan UFAZ Avropa və bütövlükdə dünyanın təhsil sahəsində ən yüksək standartlarına cavab verən təhsil verməklə yanaşı, eyni zamanda tələbələrə Azərbaycanın hüdudlarını tərk etmədən ADNSU ilə Strasburq Universitetinin diplomunu qazanmaq imkanı yaradır. Mühüm məqamlardan biri də UFAZ tələbələrinin dövlət tərəfindən təqaüdlə təmin olunmasıdır. UFAZ-ın yaradılmasını şərtləndirən amillər, onun tələbələrə nə kimi üstünlüklər vəd etdiyi barədə söhbət etmək üçün UFAZ-ın koordinatoru xanım Şarlotta Payenə müraciət etdik.-Zəhmət olmasa, UFAZ-ın yaranma tarixi barədə məlumat verərdiniz? Bu universitetin yaradılması ideyası necə meydana gəldi?-Fransız-Azərbaycan Universiteti (UFAZ) 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Fransa Respublikası və Azərbaycan Respublikası prezidentlərinin təşəbbüsü ilə yaranan layihədir. 2015-ci ilin aprel ayının 25-də iki ölkə prezidenti UFAZ-ın yaranması barədə sənəd imzaladı, mayın 22-də isə Azərbaycan Prezidenti Fransız-Azərbaycan Universitetinin yaranması barədə sərəncam imzalayıb.-UFAZ nə təklif edir? Hansı ixtisaslar üzrə təhsilin verilməsi nəzərdə tutulur? UFAZ-da təhsil almaq tələbələrə nə kimi üstünlüklər qazandıracaq?-2016/2017-ci il tədris ilində, UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin binasında 4 ixtisas üzrə (Kimya Mühəndisliyi, Kompüter Elmləri, Geofizika və Neft Mühəndisliyi) tədrisə start verəcək. Seçilən bu 4 ixtisas hazırda Azərbaycanda ən çox tələbat olan sahələrdəndir. Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla 4 il davam edəcək. Tədris ingilis dilində aparılacaq, lakin fransız dili də tədricən proqrama daxil olunacaq və UFAZ-da bakalavr təhsili alan tələbələr həm fransız həm də ingilis dilində mükəmməl şəkildə sərbəst danışa biləcəklər. Bu tələbələrə Azərbaycan, fransız eləcə də ingilis şirkətlərində iş tapmaq imkanlarını genişləndirəcək. UFAZ Strasburq Universiteti ilə ilk 3 əsas ixtisas üzrə ,Renn 1 universiteti ilə isə sonuncu ixtisas üzrə ( Neft Mühəndisliyi) partnyorluq edir.Birinci il tələbələrə yerli müəllimlər təfərindən ümumi fənnlər tədris olunacaq. Eyni zamanda onlar intensiv dil kurslarına cəlb olunacaqlar.-UFAZ-a tələbələrin qəbulu hansı yolla həyata keçəcək? Universitetə neçə tələbə qəbul olunacaq?-2016-cı ilin sentyabr ayından etibarən, UFAZ Dövlət sifarişi ilə 120, ödənişli əsaslar üzrə isə 40 tələbə qəbul edəcək. Ödənişli və ödənişsiz yerlərə kimlərin daxil olması isə UFAZ-a qəbul imtahanı zamanı tələbələrin əldə etdiyi göstəricilər əsas götürülərək müəyyən olunacaq. Qəbul imtahanı zamanı I qrup üzrə 500 və daha çox bal toplayan bütün abituriyentlər UFAZ-ın 27 İyul tarixində keçirəcəyi qəbul imtahanında iştirak edə bilər. UFAZ imtahanında iştirak edən abituriyentlər Fizika, Kimya, Riyaziyyat və Ümumi Elmi bilikdən hər birindən 10 test sualıolmaqla 40 suala cavab verməli və ingilis dilindən qısa esse yazmalıdırlar. ADNSU 19 İyul saat 11:00-da Açıq Qapı günü təşkil edəcək və burada UFAZ-la bağlı bütün məlumatlar və qaydalar veriləcək. UFAZ ilə maraqlanan bütün tələbələr və onların valideynləri burada iştirak edə və onları maraqlandıran sualları ünvanlaya bilərlər. UFAZ-a online qəbul (ufaz.edu.az saytında) iyul ayının 18-23- ü arası baş tutacaq. Eyni zamanda arzu edənlər qeydiyyat üçün sənədlərini Azərbaycan Dövlət neft və Sənaye Universitetinə təqdim edə bilərlər.-Aldığımız məlumata görə, Fransadan müəllimlər dəvət olunub və təhsil Fransız proqramı əsasında tədris olunacaq. Bu barədə məlumat verə bilərsiz?-UFAZ-ın bakalavrlarına dərslərin 50%-i fransız müəllim heyəti tərəfindən tədris olunacaq. Onlardan bəziləri daimi olaraq Bakıda məskunlaşacaq, digərləri isə yalnız qısa seminarlar üçün gələcəklər. UFAZ-ın beynəlxaq layihə olmasına baxmayaraq, müəllimlərin yarısı yerli mütəxəssislərdən ibarət olacaq.-Azarbaycanlı tələbələr üçün yay proqramı və ya onların bir semestr boyunca təhsil alması üçün Fransaya göndərilməsi nəzərdə tutulub?-UFAZ-da uğur qazanan tələbələrin Fransada yay məktəbində iştirak etmək və ya tələbə mübadiləsi proqramı ilə Strasburq və Renn 1 Universitetlərində bir semestr boyunca təhsil almaq imkanları var. Həmçinin, tələbələrin nəzəriyyədə öyrəndiklərini təcrübədə tətbiq edə bilməsi üçün labaratoriyalarda yüksək şəraitin yaradılmasına xüsusi diqqət ayrılacaq.Bəzən Azərbaycanda bakalavr təhsili almış tələbələr xarici ölkələrdə magistratura təhsili almağa yola düşərkən yerli və xarici təhsil proqramları arasında fərqlərin olması üzündən müxtəlif problemlərlə üzləşirlər. Bu mənada Strasburq universiteti münasibətlər necə qurulacaq?UFAZ məzunlarına iki diplom veriləcək- Strasburq Universiteti və ADNSU( ilk 3 ixtisas üzrə) və Renn 1 Universiteti və ADNSU ( sonuncu ixtisas üzrə) diplomları. Bu fransız diplomları Fransada təhsil alan tələbələrin aldığı diplomlarla eyni qüvvədə olacaq. Eyni zamanda bu fransız diplomları UFAZ tələbələrinə magistr təhsillərini heç bir əngəl olmadan Fransada və eləcə də Avropanın digər ölkələrində davam etdirməyə imkan yaradacaq.Hazırda UFAZ-ın partnyorlarını Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Strasburq Universiteti və Renn 1 Universiteti təşkil edir. Gələcəkdə bu proyektə digər Fransız Universitetlərinin qoşulması və ixtisas saylarının artılılması ehtimal olunur?Gələcəkdə, UFAZ akademik sahələrinin spektrini genişləndirməyi və magistr bölməsi açmağı hədəfləyir. Bunun üçün, UFAZ Fransada və əsasən Azərbaycanda mümkün ola biləcək ən yaxşı universitetlərlə əməkdaşlıq edəcək.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler