Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanda orta aylıq emek haqqı ne qederdir? – RƏQƏMLƏR

11 Ağustos 2016

4:36 pm


11/08/2016 [20:35]: xeber –
Bu il iyulun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1521,1 min nəfər olub, onlardan 889,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 631,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.sayt xəbər verir ki, Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, muzdla işləyənlərin 22,2%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9%-i sənaye, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,8%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 10,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8% artaraq 488,1 manat olub.İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler