Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanda ne qeder qadın polis var? – DİN-den resmi açıqlama

10 Kasım 2016

3:16 pm


10/11/2016 [19:15]: xeber –
Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl “Qafqazinfo”da yayımlanmış, güc strukturlarında qadın polislərin azlığından bəhs edən yazıya reaksiya verib.Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə xatırladıb ki, uzun müddətdir polisdə xidmətə qəbul “Dövlət qulluğu haqqında” qanunun tələblərinə uyğun olaraq Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir və mövcud qanunvericilik qəbulun digər üsulla həyata keçirilməsini istisna edir.O, əlavə edib ki, Daxili İşlər Nazirliyi sistemində qadınların və kişilərin bərabər sayda təmsil olunmamasının obyektiv səbəbləri var:“Daxili işlər orqanlarında fəaliyyətin başlıca istiqamətlərini cinayətlərin və digər hüquqpozmaların qarşısını almaq, törədilmiş cinayətləri açmaq, cinayətkarları aşkara çıxarıb tutmaq, ictimai qaydanı qorumaq, ictimai təhlükəsizliyi təmin etmək və s. kimi çətin və ağır vəzifələrin təşkil etməsi, qanunla müəyyən edilmiş funksiyaların isə sutka ərzində fasiləsiz həyata keçirilməsi baxımından qadınların sayının kişilərə nisbətən az olması təbiidir”.Orxan Mansurzadə hazırda respublikada fəaliyyət göstərən qadın polislərin sayını açıqlayıb: “Daxili işlər orqanlarında ümumilikdə 3000-ə yaxın qadın xidmət aparır ki, bu da iddiaların əksinə olaraq, şəxsi heyətin ümumi sayının 3,5 faizini deyil, bu rəqəmdən az qala 3 dəfə çoxunu, yəni 10 faizini təşkil edir və bu göstərici ilbəil artır.(Qafqazinfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler