Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycanda mediaya analoqu olmayan destek mövcuddur”

21 Temmuz 2016

2:32 pm


21/07/2016 [18:28]: xeber –
“Azərbaycanda mediaya
analoqu olmayan dəstək mövcuddur”.

Bunu sayt-a
açıqlamasında millət vəkili Siyavuş Novruzov bildirib. Millət vəkili media
nümayəndələrinə hərtərəfli qayğı və diqqət göstərildiyini bildirib:

“Ümummilli lider hakimiyyətə
qayıdışından sonra Azərbaycan mətbuatına ciddi dəstək verməyə başladı. Bu qayğı
bu gün də davam edir. Azərbaycan mətbuatının nəşriyyata olan borcları
dondurulub. Mətbuat nümayəndələri ilə ölkə başçısı arasında daim görüşlər
keçirilir. Senzura ləğv olunub. Mətbuat fondu yaradılıb. Bu fonda kifayət qədər
vəsait ayrılır. Mətbuat nümayəndələrinə mənzillərin verilməsi, Mətbuat
Şurasının yaradılması, paytaxt və regionlardakı media orqanlarının problemlərinin
həll edilməsi dövlətin mətbuata, mətbuat nümayəndələrinə olan qayğısından xəbər
verir. Hansı ki, bu qayğı qarşıdakı illərdə də davam edəcək”.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler