Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanda ixrac-idxal emeliyyatları üzre gömrük rüsumları artırılıb

06 Ağustos 2016

5:08 am


06/08/2016 [09:07]: xeber –
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişikliklər edilib.”Report” xəbər verir ki, bu barədə qurumun baş nazir Artur Rasi-zadə tərəfindən imzalanan qərarında bildirilir.Qərara görə, Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilib:- Saflaşdırılmamış mis; elektrolitik saflaşdırma üçün mis anodlar: 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla- Mis və sink əsasında ərintilər (latun): 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla- Mis və qalay əsasında ərintilər (tunc): 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla- Digər mis ərintiləri, mis tullantıları və qırıntıları: 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla- Saflaşdırılmış misin, mis ərintilərinin: 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla- Mis və sink əsasında ərintilər (latun) – 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla- Digərləri – 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqlaBu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 5 il müddətində qüvvədədir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler