Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanda işsizlerin sayı açıqlandı – STATİSTİKA

17 Eylül 2016

9:56 am


17/09/2016 [13:53]: xeber –
Bu ilin sentyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 4 milyon 970,7 min nəfər olub, onlardan 4 milyon 724,6 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.Bu barədə  Dövlət Statistika Komitəsindən (DSK)  bildirilib.Cari il avqustun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 521,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 888,8 min nəfər, qeyri-dövlət sektorunda isə 632,3 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,6 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 486,5 min nəfər çalışıb. Bu ilin yanvar-iyul aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 150,3 saat təşkil edib.2016-cı il sentyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 34,4 min nəfər olub, onların 37,8%-ini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 241,8 manat olub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler