Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanda herbi zavodda partlayış: xeyli yaralı var – YENİLƏNİB

26 Temmuz 2016

12:56 pm


26/07/2016 [16:45]: xeber –
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Milli.Az-a bildirib ki, Şirvanda Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda baş verən partlayışla bağlı hadisə nəticəsində ölən və yaralananlarla bağlı hələlik dəqiq məlumat yoxdur.Lakin şəhərdəki bütün təcili tibbi yardım xidməti və xəstəxanalar səfərbər olunub. Bundan əlavə, Bakıdan da əlavə qüvvələr göndərilib: “Hadisədən dərhal sonra Bakıdan Şirvan şəhərinə reanimatoloq, travmatoloq və s. olmaqla 2 həkim briqadası yollanıb. Daha sonra 3 həkim briqadası da hadisə yerinə ezam edilib”———-Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş verən dəhşətli partlayış nəticəsində yaralananlar xəstəxanalara daşınır.Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov bildirib. Onun sözlərinə görə, xeyli sayda yaralı var. Hələlik yaralıların sayı dəqiqləşdirilməyib.Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 6 yaralı gətirilib. Trend bildirir ki, yarlılardan biri Reanimasiya şöbəsinə yerləşdirilib.Hadisə baş verən əraziyə yaxın evlərdə yaşayanlar təxliyə olunurlar.———***Bir neçə dəqiqə öncə Şirvanda “Araz” zavodunda baş vermiş partlayış barədə bəzi məlumatlar əldə etmişik.Şahidlərin verdiyi məlumata görə, adıçəkilən zavod tərəfdə bir neçə dəfə ardıcıl güclü partlayış səsləri eşidilib və bu, bütün şəhərdə hiss olunub, binalar silkələnib. Jurnalsit Elvin Şirinli məlumat verir ki, partlayış nəticəsində yaranan alov isə 10 km məsafədən görünür. Hadisə yerinə təcili tibbi yardım briqadası və FHN əməkdaşları cəlb olunub.Hal-hazırda alov güclü olduğuna görə ona yaxınlaşmaq mümkün deyil.(Milli.Az )———–***Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda güclü partlayış olub.Hadisə nəticəsində ölən və yaralananlar var.Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.Hadisənin baş verməsini nazirlikdən Milli.Az-a təsdiqləyiblər. MSN-nin ümumi şöbəsinin müdiri Bəxtiyar Əsədov bildirib ki, hələlik faktla bağlı dəqiq məlumat yoxdur, araşdırma aparılır.Yerli sakinlər qafqazinfo-ya bildiriblər ki, partlayış silah zavodunda baş verib. Partlayışın səsi bütün şəhərə yayılıb.Qeyd edək ki, sözügedən zavod Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyininin nəzdindədir.Artıq zavoda yaxın ərazidə yaşayan sakinlər təxliyə olunur.Xatırladaq ki, ötən ildə də həmin zavodda partlayış olmuşdu.(report)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler