Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycanda heç vaxt bele problem olmayıb” – Mehriban Əliyeva

23 Eylül 2016

5:12 am


23/09/2016 [09:10]: xeber –
“Bizim ölkəmiz Azərbaycan Avropa ilə Asiya arasında, sivilizasiyaların qovuşuğunda yerləşir. Minilliklər boyu bizim ölkəmizin ərazisində müxtəlif millətlərdən, müxtəlif dinlərdən olan insanlar yaşayıb və həmişə sülh və dostluq şəraitində yaşayıb. Azərbaycanda heç vaxt konfessiyalararası və ya millətlərarası zəmində problemlər olmayıb”.sayt xəbər verir ki, bunu Azərbaycan birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva deyib. O bildirib ki, müasir müstəqil Azərbaycanda hökm sürən tolerantlıq, dözümlülük, qarşılıqlı hörmət şəraiti ilə fəxr edirik: “Biz müsəlman ölkəsi olmaqla ənənələrimizə, dinimizə, mədəniyyətimizə hörmət edirik. Lakin bununla bərabər biz dünyanın bütün mədəni müxtəlifliyinə eyni dərəcədə hörmətlə yanaşırıq.Təəssüf ki, müasir dünyada ksenofobiya, radikalizm, terrorizm kimi proseslərin güclənməsini görürük. Hesab edirəm ki, məhz humanitar, mədəniyyətlərarası əlaqələr, başqa mədəniyyətin qavranılması, anlamaq, dərk etmək, kömək etmək cəhdi bütün bu cür mənfi hallara qarşı mübarizədə çox vacib silahdır”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler