Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanda elektron ipoteka sistemi tetbiq edilecek – FƏRMAN

23 Haziran 2016

7:16 am


23/06/2016 [11:15]: xeber –
İstismarına icazə verilməmiş yeni binalarda mənzil alanlara ipoteka krediti veriləcək.Prezident İlham Əliyev ipoteka kreditləşməsini sürətləndirmək və prosesin təkmilləşdirilməsi üçün yeni fərman imzalayıb.Fərmana əsasən, ipoteka kreditlərinin verilməsi “elektron ipoteka” sistemi ilə icra olunacaq. Vətəndaşlar istismara verilməyən binalardan da ipoteka ilə mənzil ala biləcəklər.Bu isə insanların daha ucuz qiymətə mənzil sahibi olmasına şərait yaradacaq. Fərmanda ipoteka krediti alanlardan hansı sənədlərin tələb olunduğu da konkret göstərilib.Dövlət başçısının fərmanına əsasən, ipoteka krediti və güzəştli ipoteka kreditinin verilməsi məqsədi ilə elektron hökümət portalında “Elektron ipoteka” sisteminin yaradılması və 2017-ci il yanvarın 1-dən tətbiqi nəzərdə tutulub.Elektron ipoteka sistemində ipoteka kalkulyatoru vasitəsilə ipoteka alacaq şəxsin müəyyənləşdirilməsi, hər bir müvəkkil bank üzrə ipoteka krediti almaq istəyən şəxsin ödəməli xidmət haqqının miqdarının göstərilməsi, real vaxt rejimində ipoteka krediti üçün müraciət edən şəxsin qeydiyyata alınması və görüş təyin edilməsi, ipoteka üçün müraciət edənlərin elektron kabinetinin yaradılması, ödənişlərin elektron həyata keçirilməsi imkanı öz əksini tapacaq.Sistemdə ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin konkret siyahısı da göstərilib.Bunlar ipoteka krediti almaq istəyən şəxsin nikah haqqında şəhadətnaməsi üzrə məlumatlar, borclananın iş yeri və gəlirlərini təsdiq edən məlumatlar, şəxsin ailə tərkibi haqqında məlumatlar, vergi bəyannaməsi, mərkəzləşdirilmiş kredit reyestrindən məlumatlar və ünvan reyestrindən məlumatları əhatə edəcək.Sənəddə Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin hansı mənzillər üçün vəsait ayıracağı da dəqiqləşib. Fərmanda göstərilir ki, fondun ipotekaya cəlb etdiyi vəsait yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayonlarında orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına yönəldilir.Fərmandakı ən önəmli yeniliklərdən biri isə istismarına icazə verilməmiş yeni binalardan da sakinlər ipoteka ilə mənzil ala bilməsidir. Bu isə vətəndaşlara mənzilləri daha ucuz qiymətə əldə etməyə imkan verəcək. Çünki istismara verilməyən binalarda mənzillər digərlərinə nisbətən ucuz qiymətə satılır.Öncədən isə istismara verilməyən binalardan ipoteka ilə mənzil almaq qaydası mövcud deyildi. Dövlət Başçısı fərmandan irəli gələn məsələlərin həll edilməsini isə Nazirlər Kabinetinə həvalə edib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler