Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycanda büdce qanunu faktiki olaraq işlemir”

09 Eylül 2016

4:52 pm


09/09/2016 [20:50]: xeber –
AXP sədri Pənah Hüseyn
sayt-a açıqlamasında büdcə qanunu və bu qanunun icrası ilə bağlı
problemli məqamlara diqqət çəkib. Partiya sədri büdcədən ayrılan vəsaitlərin xərclənməsi
üzərində heç bir real nəzarətin olmamasının sui-istifadə hallarına yol açdığını
vurğulayıb:

“Büdcə qanunu üzərində elə
dəyişiklilər aparılıb ki, artıq büdcə qanunu işləmir. Büdcədən xərclənən vəsaitə
nəzarət etmək mümkün deyil. Hesablama Palatası faktiki olaraq mənasız məsələlərlə
məşğuldur. Bu qurum öz funksiyasını yerinə yetirmir. Belə olduğu halda isə icra
orqanları isə bu vəsaiti nəzarətsiz xərcləmək imkanı əldə edirlər. Layihələrin
icrası üçün ayrılan vəsaitlət şişirdilir və s.

Bütün bunların qarşısının
alınması üçün qanunvericilik bazasının təkmilləşdirilməsinə, büdcədən ayrılan vəsaitlərin
xərclənməsi üzərində real nəzarətin yaradıılmasına ehtiyac var. Bunsuz büdcə vəsaitləri
üzərində nəzarətə nail olmaq, həmin vəsaitlərdən səmərəli istifadəni təmin etmək
mümkün olmayacaq”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler