Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanda Arran dövleti olubmu?

18 Ağustos 2016

6:44 am


18/08/2016 [10:41]: xeber –
Erməni saxtakarlığı, plagiatçılığı artıq bütün dünyada qəbul olunmuş reallıqdır. Ermənilərin tarixi geniş miqyasda saxtalaşdırması, başqa xalqların torpaqlarına göz dikməsi, mədəni irsinə təcavüz etməsi, onları erməniləşdirməsi, məhv etməsi danılmaz faktdır. Bədnam qonşular adət-ənənələrimizi, tarixi abidlərimizi, musiqimizi, mətbəximizi və digər nümunələrimizi dəyişdirərək öz adlarına çıxmağa çalışırlar. Bu məqsədlə ermənilərin hər yola, hətta cinayətə də əl atdıqlarını ən azından onlarla əlaqədə olmuş əksər xalqlar bilirlər. Əlvənd Mehman gerçək faktlara söykənən “Avropalı Agent kod 152” kitabında avropalı erməni agentinin iranlı adıyla Azərbaycanda gizli fəaliyyətindən və nəticədə onun məharətlə tələyə salınmasından bəhs edir. Eyni zamanda, kitabda Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq polislə kriminal aləmin birgə əməliyyatı da öz əksini tapıb. Kitabda məşhur avtoritet “Yaponçik”in Azərbaycan dili bilməsi də yer alıb. Həmçinin, itmiş Arran dövləti bu tarixin itirilməsində Vatikan və digər Avropa dövlətinin maraqları, Nizami Gəncəvinin Atabəy Qızıl Arslanla Həmdünyan kəndində görüşünün sirləri çözülüb. Maraqlı faktlarla oxucunu öz qoynuna alan əsər birnəfəsə oxuyub bitirəcək dərəcədə möhtəşəmliyi ilə seçilir. Düzdür, bəzi sintaktik səhvlərə rast gəlmək mümkündür, amma, əsərdə Azərbaycan tarixi haqqında o qədər bilmədiyimiz faktlar var ki, növbəti səhifəyə keçmək üçün oxucu səbrsizlənir. “Avropalı Agent kod 152” romanında Azərbaycan xalqının qədim və zəngin tarixi aspektləri müasir dövrün yaşantısıyla sintez halında oxuculara təqdim edilir. Əsər ermənilərin böyük dövlətlərin Azərbaycan ətrafındakı məkrli oyunlarından maksimum dərəcədə yararlanmağa çalışdığını gözlər önünə sərir. Ən maraqlı nüanslardan biri Rusiyanın İranla Türkiyənin arasını vurmaqda erməni səfirindən “istifadəsi”ni, türklərə qarşı erməni-rus işbirliyini faktlarla ifşa etməkdədir. Həmçinin, Arran mədəniyyət abidələrinin və bir çox buna bənzər tarixi məlumatların tarixin müxtəlif mərhələlərində sistematik olaraq ermənilər tərəfindən məhv edilməsi olaylara şahidlik etmiş yaşlı sakinlərin xatirələri ilə yeni nəslə maraqlı dialoqlarla çatdırılıb. Romanda xalqımızın sayıqlığı, hər zaman dövləti dəstəkləməsi oxucuda qürur hissi yaradır. Azərbaycan xalqının hər fərdinin öz tarixinə, vətəninə, dövlətinə necə sahib çıxdığına şahid oluruq. Bu əsəri son illərdə yazılmış ən uğurlu tarixi-detektiv romanlardan biri hesab etmək olar. Ona görə ki, əsərdə xalqımızın sadə yaşantısına, dini inanclarına, qonaqpərvərliyinə, nazirin ata nəvazişinə, “avtoritet” kimi tanıdığımız şəxslərin lazım gəldikdə dövlətimizin təhlükəsizliyinə öz köməkliyini əsirgəməməsinə, dövlətimizin Azərbaycan tarixinə sahib çıxmasına, torpaqlarımızın hər qarışının tarix qoxduğuna aid müxtəlif nümunələrə rast gəlmək mümkündür. Əsər son yüz illiklərdə Azərbaycan xalqının başına gətirilmiş oyunların açılması üçün açar rolunu oynayır və keçmişimizi qavramaq üçün hər kəsin oxuması vacibdir.Qeyd edək ki, kitabı “28 May” metrostansiyası ətrafındakı kitab mağazalarından və digər kitabxanalardan əldə etmək mümkündür.Vurğun HəsənliAnkara Universitetində siyasi tarix üzrə doktorantı, siyasi araşdırmaçı, Azərbaycanın Yaponiyadakı Səfirliyinin siyasi məsələlər üzrə sabiq attaşesi 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler