Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycanda ana iki övladını qaçırıb İŞİD-e qoşuldu – Video

21 Ekim 2016

7:12 pm


21/10/2016 [23:11]: xeber –
“Ata, sənin üçün çox darıxıram. Səni qucaqlayıb öpmək istəyirəm. Ancaq birdən bura bomba atsalar səni bir də görə bilməyəcəm”Bu ifadələr anası tərəfindən Suriyaya qaçırılan 5 yaşlı qızcığazın atasına göndərdiyi mesajdandır.Hadisənin təfərrüatları eşidənləri dəhşətə salır. Bunun qurbanları isə günahsız iki azyaşlı qızcığaz və çarəsiz bir atadır.5 yaşlı Lalə Yusifova votsap vasitəsilə belə bir videonu atasına Suriyadan göndərib. Söhbət Abşeron rayonu Xırdalan şəhərində yaşayan 39 yaşlı İlqar Yusifovun başına gələn dəhşətli hadisədən gedir.İlqar Yusifovun sözlərinə görə, əslində ailəsi üçün həyat normal axarında davam edirmiş. Ta ki, həyat yoldaşı Pərvanə Əhmədova qonşuluqda yaşayan özünü dindar bir insan kimi tanıdan qadınla yaxınlıq edənə kimi. Məhz bundan sonra ailələrində problemlər yaşanıb və bu, 2014cü ildə ailənin dağılması ilə nəticələnib.Boşandıqdan bir neçə ay sonra isə Prəvanə Əhmədova 2 övladı 11 yaşlı Nəzrin və 5 yaşlı Lalə ilə birlikdə yoxa çııxb.İlqar Yusifov deyir ki, heç bir sənədi olmayan keçmiş həyat yoldaşı və uşaqları ölkədən qaçaq yolla çıxarılıb. Ata iki qızından ən son xəbəri isə 3 ay öncə alıb.Uşaqların İŞİD silahlılarına məxsus silah-sursatlarla çəkdirdikləri şəkillər övladlarından xəbərsiz atanın nigaranlığını daha da artırır. Çarəsiz qalan İlqar Yusifov övladlarını necə geri qaytaracağını da bilmir.( Xəzər TV)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler