Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycana getirilen her maşından ne qeder rüsum alınacaq? –Yeni qanun

28 Ekim 2016

3:36 pm


28/10/2016 [19:32]: xeber –
Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımaları ilə bağlı əlavə rüsumların dərəcələri müəyyənləşdirilib. Bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə “Dövlət rüsumu haqqında” qanunun 24-cü (Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri) maddənin 7-ci bəndi dəyişdirilib.Qeyd olunan bəndin yeni variantına görə, Beynəlxalq Nəqliyyat Forumunun “İcazə”lərinin (“Avropa Nəqliyyat Nazirlər Konfransı”nın jurnallarının) satışına görə:– Atmosfer havasına atılan zərərli maddələr üzrə “Avro-4” ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir olan “İcazə”lərin (jurnalların) hər bir vahidinə görə 500 ABŞ dolları;– Atmosfer havasına atılan zərərli maddələr üzrə “Avro-5” və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan “İcazə”lərin (jurnalların) hər bir vahidinə görə 300 ABŞ dolları;– Yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan “İcazə”lərin (jurnalların) hər bir vahidinə görə 100 ABŞ dolları tələb olunacaq.Bəndin hazırda qüvvədə olan variantı isə belədir:”Avropa Nəqliyyat Nazirlər Konfransının” jurnallarının satışı-hər bir vahidə görə, 500 ABŞ dolları tələb olunur.Layihə Milli Məclisin plenar iclasda səsə qoyularaq qəbul edilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler