Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycana 350 ton zeherli buğda gönderilmesinin qarşısı alınıb

31 Ekim 2016

6:44 pm


31/10/2016 [22:41]: xeber –
Rusiyanın Stavropol diyarında Azərbaycana göndərilməsi planlaşdırılan 350 ton zəhərli buğda saxlanılıb.Buğda keyfiyyətinin qiymətləndirilməsi mərkəzinin mütəxəssisləri fuzarioza yoluxmuş beş vaqon buğda aşkar ediblər.“Gömrük İttifaqının texniki reqlamenti üzrə norma 1%-dən az olsa da, buğda partiyasında zərərli qarışıqların payı 1,5-dən 3,5 faizə qədər olub”, – məlumatda bildirilir.Bu səbəbdən buğda yükünə keyfiyyət sertifikatı verilməyib. Ümumi çəkisi 350 ton olan məhsul Azərbaycana göndəriləcəkdi.Fuzarioz buğda – fuzarium növünə aid göbələklə zəhərlənmiş buğdadır. Bu cür buğdadan alınan un qida üçün yararsızdır. Fuzarioz buödadan alınan “sərxoş çörək” sərxoşluğa bənzər əlamətlərlə üzə çıxan zəhərlənməyə (fuzariotoksikoz) səbəb olur. (Virtualaz.org)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler