Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan yazıçısının eseri İstanbul teatrında

01 Eylül 2016

10:32 am


01/09/2016 [14:28]: xeber –
Tanınmış yazıçı-dramaturq Firuz Mustafanın “Müqəvva” pyesi İstanbuldakı “Oda” teatrında nümayiş olunub. “Müqəvva”nı Türkiyədə rejissor Elçin İmanov (El Çino) səhnələşdirib. Baş rolun ifaçısı Kamalə Kamaldır.Tamaşanın rəssamı Tariyel Əlizadə, müsiqi tərtibatçısı Elçin Emindir.Psixoloji monodram kimi qələmə alınmış əsərdə coşqun bir həyat yolu keçmiş Qadının keçirdiyi iztirab və əzablarından söhbət açılır. Vaxtilə bir neçə dəfə ailə qursa da öz xoşbəxtliyini tapa bilməyən bu Qadın yaşadığı hisləri evindəki müqəvvaya nağıl etməli olur. Qadına elə gəlir ki, onu bu aləmdə canlı insanlardan daha çox, bu hissiz-duyğusuz müqəvva daha yaxşı anlaya bilər.Tamaşada satira, qrotesk notları da güclüdür.Qeyd edək ki, Azərbaycan yazıçısının əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Premyerada  bir çox tanınmış simalar, o cümlədən Azərbaycan İstabuldakı Baş konsulluğunun əməkdaşı, konsul Yadulla Paşayev, Azərbaycan Kültür evinin Başkanı Hikmət Elp, “Türk Bir Dev” Tv-nin müdir müavini Mahmud Oral iştirak ediblər.Türkiyə mətbuatı tamaşa barədə ətraflı informasiyalar dərc etmiş, radio və televiziya kanalları reportajlar hazırlanıb.Xatırladaq ki, “Oda” teatrı 1990-cı ildən fəaliyyət göstərir. Bu sənət ocağında Kaan Erkam, Levent Tayman, Niyazi Gezer və Beste Hoşses kimi tanınmış sənətkarlar çalışır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler