Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan Yazıçılar Birliyi Türkiye hadiseleri ile bağlı  BƏYANAT VERDİ

21 Temmuz 2016

12:52 pm


21/07/2016 [16:50]: xeber –

Azərbaycan
Yazıçılar Birliyi 15 iyul tarixində Türkiyədə baş verən hərbi çevrilişə cəhdlə
bağlı bəyanat verib.

sayt
AYB-nin mətbuat xidmətinə istinadən həmin bəyanatı təqdim edir:

 

“Qardaş
Türkiyə Cumhuriyyətində 15 iyul hadisələrini Türkiyə vətəndaşları ilə yanaşı Azərbaycan
vətəndaşları da həyəcan və narahatlıq içində izlədi. Başı bəlalar görmüş Azərbaycan
xalqına bu hadisələr yaxşı tanışdır. Silahlı qarşıdurmalar, dövlət çevrilişləri,
xalqın üzərinə yeridilən silahlı qüvvələr, zirehli tanklar yaxın keçmişimizin ən
ağrılı, ən acılı məqamlarıdır. Ancaq bununla belə Azərbaycan xalqı bu hadisələrdən
qəhrəmanlıqla, üzü ağ, başı dik cıxdı. Ulu öndər Heydər Əliyevin qayıdışı, Azərbaycanın
çətin zamanında xalqının yanında olması, ölkəmizə sabitlik, əmin-amanlıq bəxş
etdi. Məhz bu böyük xilaskarın casarətli addımları, örnək siyasəti nəticəsində
neçə-neçə təhlükəli hadisələrin, qardaş qırğınının qarşısı alındı. Qardaş
Türkiyə xalqı da öz rəhbərinin arxasında dayandı. Demokratik dəyərləri hər şeydən
uca tutdu. Ölümün üzünə düz baxdı. Şükürlər olsun ki, dövləti silah gücü ilə ələ
keçirmək istəyən qüvvələrin aruzu gözündə qaldı. Azərbaycanla Türkiyə iki dövlət,
bir millətdir. Türkiyə Azərbaycanın ən çətin anlarında qardaşlıq sevgisi göstərib.
Azərbaycan xalqı da Türkiyənin sevincinə sevinib, kədərinə üzülüb. Ölkə
prezidenti cənab İlham Əliyevin qardaş ölkənin rəhbəri cənab Rəcəp Tayyip Ərdoğana
zəng etməyi və dəstək təklif etməyi qardaşlıq sevgisinin bariz nümunəsidir. Azərbaycan
Yazıçılar Birliynin çoxsaylı üzvləri adından qardaş ölkəyə keçmiş olsun diləklərimizi
çatdırır, demokratiya uğrundakı zəfər münasibətilə təbrik edir, bu yolda fədakarlıq
numayiş etdirib, həyatlarını qurban vermiş qandaşlarımıza Allahdan rəhmət diləyirik”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler