Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan XİN: Ümidvar olmaq isterdik ki…

27 Haziran 2016

7:20 am


27/06/2016 [11:18]: xeber –
“Roma Papası Fransiskin İrəvanda birgə bəyanat vasitəsilə Dağlıq Qarabağda sülhə çağırışı Ermənistanın Azərbaycan ərazilərinin qeyri-qanuni işğalına son qoyması, Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən çıxarılması, qanlı etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi, bununla da regionda sülhün və ədalətin bərqərar olunmasına çağırışdır”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Roma Papasının sülh çağırışı Ermənistanda edildiyi üçün bu çağırışın ünvan sahibi rəsmi İrəvandır. “Ümidvar olmaq istərdik ki, rəsmi İrəvan Roma Papasının bu sülh çağırışından nəticə çıxaracaq və Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətinə tezliklə son qoyacaq”, – deyə H. Hacıyev bildirib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler