Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan XİN başçısı Kolumbiya Milli Konqresinin birinci vitse-prezidenti ile görüşüb

28 Eylül 2016

12:56 pm


28/09/2016 [16:54]: xeber –
Xarici işlər naziri Elmar Məmmədyarov Çili Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Nazirliyin mətbuat xidmətindən sayt-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yüksək səviyyəli səfərlərin həyata keçirilməsi və Xarici İşlər Nazirlikləri səviyyəsində ikitərəfli siyasi dialoq mexanizminin davam etdirilməsinin vacibliyi qeyd olunub.Parlamentlərarası əlaqələrin rolunu və dostluq qruplarının fəaliyyətini təqdir edən E.Məmmədyarov, Çili Milli Konqresinin Senatında ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edən, habelə Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət edilməsini tövsiyə edən sənədin qəbul olunmasına görə təşəkkürünü bildirib.Görüşdə həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları, o cümlədən ikitərəfli əməkdaşlığın genişləndirilməsinə xidmət edə biləcək perspektivli sahələr müzakirə olunub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler