Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan Xalça Muzeyinin emekdaşları mükafatlandırıldı

30 Haziran 2016

2:04 pm


30/06/2016 [18:03]: xeber –
İyunun 30-da Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin dəstəyi, Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Xalça Muzeyində I Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” adlı simpoziumu zamanı iş fəaliyyətində vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş bir qrup Azərbaycan Xalça Muzeyinin əməkdaşları “Təşəkkür bəlgəsi” ilə təltif olunublar.Muzeyin mətbuat katibi Fuad Rəsulun verdiyi məlumata görə,“Təşəkkür bəlgəsi” ni Azərbaycan Xalça Muzeyinin direktoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin xanım Məlikova və Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım təqdim edib.Qeyd edək ki, iyunun 2-3 tarixlərində baş tutan “I Beynəlxalq türk dünyasının ortaq dili – naxışlar” mövzusuna uyğun olaraq Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan mütəxəssislər iştirak edib”Türk dünyasının ortaq dili – naxışlar” adlı simpoziumun əsas məqsəd müxtəlif türkdilli dövlətlərdə və regionlarda naxışların tanıdılması, uzaq regionlarda yaşayan türk mənşəli xalqların naxışlarının ortaq bir şəkildə istifadə olunduğunu göstərmək, bu naxışların türk dünyası incəsənətindəki “ortaq dil” olduğu həqiqətini vurğulamaqdır. Bu sahədə elmi məclisin ilk olaraq Bakıda açılmsı xalça sənətinin Azərbaycanda qədim və şanlı tarixə malik olduğunu göstərir. Eyni zamanda xalça sənətinin ən çox inkişaf etdiyi bölgələrdən olan Qarabağın hazırda erməni təcavüzkarlarının nəzarətində olduğu üçün bu sənətin də işğala məruz qaldığını vurğulamaqdır.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler