Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan Xalça Muzeyinde 18 Oktyabr – Dövlet Müsteqilliyi Günü qeyd olundu

18 Ekim 2016

1:44 pm


18/10/2016 [17:43]: xeber –
Oktyabrın 18-də YAP Səbail Rayon təşkilatı və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə 18 Oktyabr – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası gününə həsr olunmuş tədbir keçirilib.Rayon ictimaiyyəti nümayəndələri və partiya təəssübkeşlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş video çarx nümayiş olunub.Həmçinin tədbirdə Azərbaycan Xalça Muzeyinin “Uşaq muzeyi” şöbəsinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi də təqdim olunub.Tədbirdə YAP Səbail rayon təşkilatı sədrinin 1-ci müavini Muxtar Nağıyev, sədr müavini Əhliman Qarayev, Tarix üzrə fəlsəfə doktoru Sahibə Budaqova və YAP Xalça Muzeyinin sədri Fuad Rəsul 18 Oktyabr – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası günü ilə əlaqədar cıxış ediblər.Sonda sentyabrın 26-da keçirilmiş Referendumda xüsusi fəallıq nümayiş etdirən “YAP Xalça Muzeyi” -nin üzvlərinə “Fəxri Fərman”- lar təqdim olundu.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler