Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycan ve Türkiyenin bir-birlerinin uğuruna ehtiyacı var”

29 Ekim 2016

8:32 am


29/10/2016 [12:30]: xeber –
Məlum olduğu kimi, bu gün
Türkiyədə Cümhuriyyət Bayramıdır. Maraqlıdır, çağdaş Türkiyə Cümhuriyyətinin Azərbaycan
üçün əhəmiyyəti nədən ibarətdir? Ötən müddət ərzində bu əhəmiyyət azalıb, yoxsa
artıb?

sayt-a açıqlama
verən millət vəkili Rövşən Rzayev Türkiyə və Azərbaycanın bir-birləri üçün
mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:

“Ilk növbədə Cümhuriyyət
Günü münasibəti ilə Türkiyə xalqını təbrik edirəm. Bu, hər bir müstəqil dövlət
üçün çox böyük bir bayramdır. Eyni zamanda, Azərbaycanla qardaş olan Türkiyənin
daha güclü bir dövlət olmasını arzulayıram. Tarixin bugünkü dönnəmində Azərbaycan
və Türkiyənin hər zaman bir yerdə olmasını istərəm. Azərbaycanın uğurları
Türkiyə üçün çox vacibdir. Türkiyənin də uğurları Azərbaycan üçün olduqca
vacibdir. Bu gün Türkiyənin qüdrəti yetərincə böyükdür. Lakin mən istərdim ki,
bu qüdrət daha da artsın.

Türkiyənin son vaxtlar
üzləşdiyi problemlərdən tez bir zamanda qurtulmasını arzulayıram. Türkiyənin zəifləməsini
istəyən qüvvələr ona mane ola bilməməlidir. Bundan ötrü isə Türkiyə xalqı öz güc
və biliyini nümayiş etdirməyi bacarmalıdır. Necə ki, yay aylarında
demokratiyanı qorumaq üçün xalqın birliyi zəruri oldu. Türkiyə xalqının bundan
sonra da bu cür birlik və bərabərlik içində olmasını arzu edirəm”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler