Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan ve Ermenistan prezidentleri avqustda görüşe biler

03 Temmuz 2016

5:28 pm


03/07/2016 [21:24]: xeber –
Ermənistanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, hakim Respublika Partiyasının deputatı Artaşes Qeqamyan avqustda Parisdə Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin görüşünün təşkil oluna biləcəyini bəyan edib.A.Qeqamyan deyib ki, bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin keyfiyyətcə yeni mərhələyə yüksələcəyinə ümid edirlər.A.Qeqamyan az əvvəl Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin müzakirə olunduğunu xatırladıb:“Mən əminəm ki, Paris görüşündə sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentləri ilə qarşılıqlı razılığa gəlməsi üçün ABŞ-da da bir görüş keçiriləcək.Bu o deməkdir ki, artıq münaqişənin tənzimlənməsi prosesinin məntiqi yekuna çatdırılması, ümumi yekun razılaşmanın işlənilməsi və imzalanması üçün daxili hazırlıq var.(apa)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler