Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan ve Böyük Britaniya herbi emekdaşlığı müzakire etdiler

03 Ağustos 2016

4:40 pm


03/08/2016 [20:38]: xeber –
Avqustun 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Karol Krofts ilə görüşüb.sayt Müdafiə nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Zakir Həsənov qonağı yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.Regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi görüşdə Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, Silahlı Qüvvələr arasında əməkdaşlığın daha da genişləndirilməsinin və hərbi təhsil sahəsində əldə edilən razılaşmaların inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb. Sonda Müdafiə naziri səfirin fəaliyyəti dövründə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu qeyd edib.Britaniyalı diplomat isə öz növbəsində əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler