Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan Ümümdünya Turizm Teşkilatının İcraiyye Şurasının sedri seçildi

01 Kasım 2016

8:40 am


01/11/2016 [12:38]: xeber –
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti 31 oktyabr 2016-cı il tarixində Misirin Luksor şəhərində keçirilən Birləşmiş Mİllətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü Sessiyasında iştirak edir. Məlum olduğu kimi, Azərbaycan öz namizədliyini sədrliyə təqdim etmiş, aparılmış danışıqlar nəticəsində və üzv ölkələrin dəstəyi ilə ölkəmizin sədrliyi təsdiqlənmişdir. Sədrin birinci müavini Zambiya, ikinci müavini isə Serbiya seçilmişdir. Bununla bağlı, Azərbaycan adından sədr qismində çıxış edən Əbülfəs Qarayev sədrlik müddətində Ümumdünya Turizm Təşkilatı tərəfindən turizmin inkişafı və insanların rifahına töhfə verməsi, həmçinin 2017-ci ilin “İnkişaf naminə davamlı turizm beynəlxalq ili” olduğunu nəzərə alaraq, bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləyəcəyini bildirdi. Azərbaycanın Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi və təşəbbüsü ilə turizm sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq, ölkəmizin beynəlxalq turizm məkanında qazandığı nüfuz və etimadın, habelə BMT sisteminin ixtisaslaşmış təşkilatı olan ümumdünya Turizm Təşkilatının və İcraiyyə Şurasına üzv olan dövlətlərinin ölkəmizə olan etibarının göstəricisidir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler