Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycan Türkiyeye herbi destek vere biler”

25 Ağustos 2016

11:56 am


25/08/2016 [15:48]: xeber –
Türkiyənin Suriya ərazisində İŞİD-qarşı başlatdığı anti-terror əməliyyatları
bütün dünyada diqqətlə izlənilməkdədir. Maraqlıdır, ehtiyac yaranacağı təqdirdə
Azərbaycan Türkiyəyə anti-terror əməliyyatlarında hərbi dəstək verə bilərmi?

Bununla bağlı sayt-a açıqlama verən millət vəkili Elman Məmmədov
Türkiyənin belə bir istəklə müraciət edəcəyi təqdirdə Azərbaycanın qardaş ölkəyə
dəstək verə biləcəyini vurğulayıb:

“Azərbaycanla Türkiyə arasnda hərbi əməkdaşlıqla bağlı bir sıra
müqavilələr mövcuddur. Bu müqavilələr qüvvədədir. Əgər ehtiyac olarsa, Türkiyə
dövləti belə bir istəklə Azərbaycana müraciət edərsə, Azərbaycan belə bir dəstək
göstərə bilər. Türkiyə kifayət qədər güclü dövlətdir. Türkiyə hərbisi kifayət qədər
güclüdür. Türkiyə Suriya ilə sərhəddində təhlükəsizliyini təmin etmək, terror təşkilatlarının
ərazisinə sızmasının qarşısını almaq üçün məcburən belə bir əməliyyata start
verib və inanıram ki, öz məqsədinə nail olacaq”.

 

Seymur Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler