Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan -Tolerantlıq diyarı…

29 Eylül 2016

9:20 am


29/09/2016 [13:19]: xeber –
Media və Mülki Cəmiyyət İctimai Birliyi “Şimal bölgəsində gənclərin dini radikalizm təzahürləri ilə mübarizə yönümündə maarifçilik aksiyalarının təşkili” layihəsi çərçivəsində Qubada “Azərbaycan – tolerantlıq diyarı” mövzusunda dəyirmi masa keçirib.Bu barədə təşkilatın sədri və layihənin rəhbəri Xanoğlan Əhmədov məlumat verib. Layihə rəhbəri bildirib ki, dəyirmi masada Quba RİH-in İctimai-Siyasi və Humanitar şöbəsinin müdir müavini Tariyel İbrahimov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Quba rayonu üzrə nümayəndəsi Ramin Xudayev, Quba rayon MKS-nin direktoru Saməddin Nəsirov, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri, gənclər, yerli ilahiyyatçılar, rayonun tanınmış pedaqoqları, müxtəlif dini konfessiya və müvafiq dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.X.Əhmədov tədbirdəki çıxışında layihənin məqsədi barədə məlumat verərək Azərbaycanın qədim mədəniyyət ənənələrinə malik bir məkan olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan ərazisində əsrlər boyu birgə yaşayan xalqlar bu dövlətdə kiçik bir mədəni modeli, tolerantlıq ənənələrini formalaşdırır: “Bu ənənələrini formalaşması və yayılmasında Quba rayonu xüsusi çəkiyə malikdir”.Mövzu ilə bağlı məruzə edən dini ekspert Rəsul Mirhəşimli Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsini diqqətə çatdırıb. Məruzəçi qeyd edib ki, dünyanın müxtəlif nöqtələrində baş verən kataklizmlərə rəğmən Azərbaycan sabitlik baxımından nadir ölkələrindəndir: “Azərbaycanda tarixən bütün etnoslar qardaş kimi yaşayıb, heç bir vaxt milli-dini zəmində qarşıdurma baş verməyib və birgə çalışıb, yaşayıblar. Bu keyfiyyət xalqımızın qədimdən-qədim özünəməxsus dövlətçilik ənənəsini yaşatması və inkişaf etdirməsi ilə bağlıdır. Azərbaycanda millətlərarası, dinlərarası münasibətlərin sağlam zəmində qurulması artıq dünyada da təsdiq və təqdir olunan bir göstəricidir. Belə ki, hər bir azərbaycanlı bu adi birgəyaşayış normasını xalqımızın milli-mənəvi dəyərinin ayrılmaz hissəsi sayır, dövlətçilik ənənəmizdə multikulturalizmi təqdir edir”.R.Mirhəşimli bildirib ki, yuxarıda sadalanan bu bəşəri dəyərin mövcudluğu və möhkəmliyi, Azərbaycan xalqının birliyi ölkənin bügünkü sürətli və davamlı hərtərəfli inkişafında özünü əyani surətdə göstərir. Ölkəmizdə fərqli inanc, düşüncə və davranışlara sahib insanların bir arada qarşılıqlı anlaşma şəraitində yaşaya bilirlər. Böyük əksəriyyət başqalarının fərqliliklərini sayğı ilə qarşılayır. Müqəddəs kitabımız olan Qurani-Kərimdə toleriant olmağa təşviq edən çoxlu ayələr var. Məsələn: (O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər”. (“Ali- İmran” surəsi, ayə 134).Digər tədbir iştirakçıları da öz öz çıxışlarında Azərbaycanda dini maarifləndirmə və müxtəlif radikal dini cərəyanların doğurduğu təhlükəyə dair dövlət qurumları ilə birgə tədbirlərin davamlı şəkildə təşkil olunması çox zəruridir. Bütün bu tədbirlər cəmiyyətimiz üçün böyük problemə çevrilən zərərli meyllərin qarşını almağa yardımçı ola bilər.Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler