Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan Texniki Universitetden şehidimize qarşı -Hörmetsizlik…

28 Ekim 2016

12:20 pm


28/10/2016 [16:15]: xeber –
Aprel döyüşləri zamanı şəhid olan əsgərimiz, manqa komandiri Əbdülməcid Axundov haqqında çəkilmiş filmin şəhidin təhsil aldığı Azərbaycan Texniki Universitetdə nümayişinə rəhbərlik icazə verməyib. Bu barədə şəhidin anası Ceyran Axundova məlumat verib.Şəhidin anası bu təqdimatın universitetdə keçirilməsinə icazə verilməməsi kimi universitet rəhbərliyinin “digər şəhid ailələri qıcıqlanarlar” deyərək, cavab verdiyini bildirib. “Şəxsi hesabına şəhid oğlum haqqında film çəkilib. Orada Əbdülməcidin həyat və döyüş yolundan bəhs olunur. Filmin rejissoru Nigar xanımla qərara gəldik ki, təqdimatı oğlumun təhsil aldığı Texniki Universitetdə keçirək. Universitetdən əvvəlcə müsbət cavab versələr də, sonradan nümayişdən imtina etdilər. Bizə dedilər ki, aprel hadisələrinin ildönümündə göstərərlər. Bu cavab onsuzda küskün olduğum universitetdən məni daha da küsdürdü. Biz bu filmdə şəhidin qəhrəmanlığından başqa heçnəyi təbliğ etmirik ki?. Universitetdən deyirlər ki, bizim filmi göstərsələr digər şəhid ailələrində qıcıq yaranar. Bu, nə məntiqsiz yanaşmadır? Biz bütün şəhidlərimizə övladımız kimi baxırıq.”Şəhid anası həmçinin bildirib ki, oğluna həsr olunmuş filmin Gənc Tamaşaçılar Tetrında təqdimatını keçirmək istəyir. Ona görə də tetrdan buna icazə verilməsini xahiş edir.Məsələ ilə bağlı Texniki Universitetin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Mətbuat Xidmətinin rəhbəri Nicat Abdullayev  bildirdi ki “Ölsəm…Yaşat” filminin təqdimatı ilə bağlı şəhidin ailəsinə mənfi cavab verilməyib.”2016-2017-ci il üçün universitetimizin tədbirlər planı artıq təsdiq olunub. Plana əsasən şəhidlərin xatirəsi ilə bağlı tədbirlər keçriləcək. Aprel ayında şəhidlərin il dönümündə Əbdülməcid Axundov və digər şəhid olmuş 4 tələbəmiz haqqında sənədli filmlərlə, silsilə tədbirlər həyata keçirəcəyik. Bununla bağlı şəhid ailələrinə məlumat vermişik. Öz çəkdiyimiz filmlə paralel olaraq, “Ölsəm Yaşat” filminin də təqdimatını keçirəcəyik. Biz özümüz bu dəqiqə Əbdülməcid Axundov haqqında çəkiləcək filmin üzərində çalışırıq. Tezliklə onun ailəsi ilə görüşü planlaşdırırıq. Bizim gördüyümüz işlər şəhidlərimizin qəhrəmanlığının qarşısında heçnədir. Hesab edirəm ki, burada anlaşılmazlıq olub. Bizim Ceyran Anaya və digər şəhid analarına hörmətimiz sonsuzdur. Bizim o vaxtki rektorumuz Havar Məmmədov şəxsən şəhidin dəfnində iştirak etmişdi.Biz onları yaşatmağa borcluyuq. “(Femida.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler