Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycan sizce bu veziyyetle razılaşacaqmı? – EKSPERT

23 Eylül 2016

7:28 pm


23/09/2016 [23:26]: xeber –
Biz Azərbaycanlılar bəzən beynəlxalq qurumların və onların təmsilçilərinin fəaliyyətini həddən çox şişirdir və onlara nədənsə hansısa ağıllı, dərrəkalı adamlar kimi yanaşırıq. Guya bu adamlar dünyanın problem və qayğılarını bizdən yaxşı dərk edir, irili-xırdalı regional və beynəlxalq çətinliklərin səbəblərini, onların aradan qaldırılmasının yollarını bizdən yaxşı bildiklərini düşünürük. Əslində isə, bu heç də belə deyil və bəzən biz onların “dərin və analitik təhlilləri” ilə tanış olanda, sadəcə etika xatirinə ya susur, ya da onların xətrinə dəyməmək üçün diplomatik ifadələrdən istifadə etməli oluruq. Elə ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi, Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgə strukturu” hesab edilən “Stratfor”un sentyabrın 21-də Rusiyanın Ermənistana “İsgəndər” operativ-taktiki raketlərini verməsinin səbəblərini təhlil edən bir cızmaqarası ilə tanış olduqdan sonra da yuxarıda söylədiyim fikirlərin həqiqət olmasına bir daha əmin oldum. Burada diqqətimi cəlb edən mərkəzin analitiklərinin Rusiyanın bu raketləri Ermənistana verməklə guya Qarabağda yeni müharibə istəmədiyini nümayiş etdirdiyi qənaətinə gəlməsi qeyd olunur?!Vallah, deyəsən, bu “analitiklər” ya dəlidirlər, ya da ağılları çaşıb və bizə sərsəm, reallıqdan uzaq fikirlərini sırımağa çalışırlar. Bunların reallıqdan uzaq olan düşüncələrinə görə, Rusiyanın hərəkətləri Ermənistanın və Azərbaycanın hərbi imkanları arasında qüvvələr balansının saxlanılmasına yönəlib. Bu da müharibənin deyil, qüvvələr balansının stimullaşdırılmasından xəbər verir”. Bunu da mərkəzin analitikləri deyirlər.Ay hay. Bərəkallah sizin “əziyyətinizə, ay “Stratfor” əməkdaşları!!. Yaxşı olardı ki, siz özünüzün indiyə kimi Qarabağla, Cənubi Qafqazla bağlı verdiyiniz proqnoz və təhlillərə bir daha diqqət yetirəsiniz. Siz artıq özünüz də bu 20 ildə o qədər reallıqdan uzaq, təsdiqini tapmayan fikirlər söyləmisiniz və bunu bütün dünyaya yaymısınız ki, indi Rusiyanın işğalçıya verdiyi silahların da guya Azərbaycan üçün “ciddi çəkindirici amil” hesab olunduğunu qeyd edirsiniz. Torpaqları işğal altında qalan Azərbaycan sizcə bu vəziyyətlə bundan sonra da bir bu qədər vaxt razılaşacaqmı? Əgər Siz belə düşünürsünüzsə, əsla belə deyil. İnşallah, tezliklə sizlər buna əmin olacaqsınız.Rusiya rəsmiləri hələ ki, qorxaqcasına susurlar. Onların XİN-nin rəsmi nümayəndəsi xanım Mariya Zaxarova da məsələyə aydınlıq gətirmək əvəzinə, silahların satışı ilə bağlı məlumatı RF-nın Müdafiə Nazirliyindən soruşulmasının lazım olduğunu bildirib. Bu xanım da deyəsən öz rəisi cənab xarici işlər naziri Sergey Lavrovun və ondan yuxarı olan rəhbər şəxslərinin Ermənistana “İsgəndər” raketlərinin verilməsinə dair heç bir şərhin verilməməsi haqqında göstərişini yerinə yetirməklə məşğuldurlar. Onsuz da, gec-tez hər şey bilinəcək.Artıq Azərbaycanda da beynəlxalq qurumların, xüsusən ATƏT-in Minsk qrupunun riyakar və simasız hərəkətlərini lazımınca cavablandırmağın və onların ayağının Bakıdan yığışdırılmasının vaxtı çatdığını hamı başa düşür. Bu vicdan hissini itirən xarici təşkilat və onların başbilənlərinin bizə belə saymazyana münasibəti və davranışı isə hər birimiz üçün böyük təhqir və həqarətdir.Tanrı Azərbaycanımızı qorusun!!!Üzeyir Cəfərov, tanınmış hərbi ekspert


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler