Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycan silahlanma yarışında iştirak etmeye mecburdur”

05 Ekim 2016

10:24 am


05/10/2016 [14:23]: xeber –
Rusiyanın Ermənistana müasir raket texnologiyası verməsindən sonra Azərbaycan
İsraildən yeni anti-raket sistemləri aldığı ilə bağlı informasiyalar
yayılmaqdadır. Maraqlıdır, Rusiyanın Ermənistana təmənnasız şəkildə
silahlandırmasına cavab olaraq Azərbaycanın yeni nəsil hərbi texnikaya külli
miqdarda vəsait ayrıması nə dərəcədə məntiqlidir? Dolayısı ilə Rusiya ilə
aparılan silahlanma yarışı Azərbaycana nə vəd edir?

sayt-a açqılama verən politoloq Qabil Hüseynli Azərbaycanın
bu cür addımları məcburiyyət üzündəna atdığına diqqət çəkdi:

“Rusiya Ermənistan təmənnasız şəkildə silahlandırır. Azərbaycan isə
torpaqları işğal altında qalan bir dövlət kimi məcburdur ki, Ermənistandan geri
qalmasın, əksinə hərbi baxımdan ondan üstün olsun. Biz torpaqlarımızın işğal
altında qalması ilə barışa bilmərik.

Doğrudur, sürətli silahlanma iqtisadi baxımdan istənilən ölkə üçün
yaxşı heç nə vəd etmir. Lakin biz Rusiyanın regionu barıt çəlləyinə döndərmək
siyasətinə şahidik və hər zaman yeni bir müharibəyə hazır olmalıyıq.

Azərbaycan iqtisadiyyatı ordumuzu yeni silahlarla təchiz etməyə imkan
verir. Habelə, unutmaq olmaz ki, Rusiya da Ermənistanı sonsuza qədər təmənnasız
silahlandırası deyil. Biz prosesləri diqqətlə izləməli və öz hazırlığımızı mütəmadi
surətdə artırmalıyıq. Çünki mövcud situasiya bizdən bunu tələb edir”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler