Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycan sanksiya tehlükesi ile üz-üze qalıb”

04 Temmuz 2016

7:12 am


04/07/2016 [11:08]: xeber –
Amerikalı konqresmen
Kristofer Smit Azərbaycana qarşı sanksiyaların tətbiq ediləcəyi ilə bağlı açıqlama
verəb. K.Smitin sözlərinə görə, Azərbaycanda insan haqları və demokratiya
baxımından vəziyyət yaxşılaşmayacağı təqdirdə, sanksiyaların tətbiqi qacılmaz
olacaq.

Maraqlıdır, Smitin sanksiyalarla
bağlı hədəsi nə dərəcədə əsaslıdır? Bu cür sanksiyaların tətbiqi mümkündürmü?
Yoxsa bu, daha çox çəkindirici təsir göstərmək məqsədi ilə səsləndirilən fikirlərdir?

Məsələ ilə bağlı
sayt-a açıqlama verən Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli
hakimiyyətin Azərbaycanı sanksiya təhlükəsi ilə üz-üzə qoyması faktının
danılmaz olduğunu vurğuladı:

“Ölkənin sanksiya təhlükəsi
ilə qarşılaşmasının günahkarı hakimiyyət, bu hakimiyyətin yürütdüyü siyasətdir.
Məhz bu siyasətin nəticəsidir ki, Qərb, ABŞ, ABŞ konqresi və ayrı-ayrı
konqresmenlər hakimiyyətə qarşı münasibətdə bu mövqedən çıxış edirlər. Mənə elə
gəlir ki, əslində Azərbaycanda insan haqları, demokratiya, seçki məsələləri ilə
bağlı vəziyyət konqresmen Smitin dediyindən və düşündüyünüdən daha ağırdır. Insan
haqları ilə bağlı vəziyyət daha ağırdır.

Azərbaycanda məhbusların
yeni bir nəsli yaranır ki, bunlar da girov məhbuslarıdır. Siyasi, mətbu fəaliyyətini,
peşə fəaliyyətini yerinə yetirən insanlara görə, onların yaxın qohumlarını həbs
edirlər. Bunun son bariz nümunəsi Qənimət Zahidin qohumlarının saxta
ittihamlarla həbs olunmasıdır. Əgər Azərbaycan hakimiyyəti belə addımlar atırsa
və onun siyasəti bu meyarlarla müəyyən edilirsə, o zaman sanksiyaların tətbiqinə
təəccüblənməməliyik”.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler