Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycan Rusiyanın vasiteçiliyini destekleyir”

16 Ağustos 2016

5:56 am


16/08/2016 [09:50]: xeber –
Millət vəkili Aydın Mirzəzadə sayt-a açıqlamasında Qarabağ
probleminin həllində Rusiyanın artan vasitəçilik səylərini şərh edib. A.Mirzəzadənin
sözlərinə görə, Azərbaycan tərəfi Rusiyanın bu yöndəki addımlarını dəstəkləyir:

“Təbii ki, Azəbaycan problemin ən qısa zamanda həllində maraqlıdır.
Işğalın davam etməsi Azərbaycanın ümumi dövlət kimi inkişafına mane olur. İşğal
faktoru ölkə əhalisinin böyük bir qisminin məcburi köçkün kimi yaşamasına səbəb
olub. Suverenliyimiz pozulur. Bu baxımdan Azərbaycan problemin həllinə töhfə
verə biləcək hər bir amilə müsbət yanaşır.

Rusiyanın səyləri ilə problemin həlli yönündə aparılan danışıqların
detalları ilə bağlı hər hansı açıqlama verilmir. Lakin şübhəsiz, Rusiyanın bu məsələdəki
aktivliyi müsbət haldır. Rusiya həm ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir.
Həm də onun hər iki ökə ilə yaxşı münasibətləri var. Rusiyann vasitəçiliyini Azərbaycan
dəstəkləyir”.

 

Seymur Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler