Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycan Roma papasının “soyqırım” iddiasına etiraz etmelidir”

25 Haziran 2016

11:56 am


25/06/2016 [15:53]: xeber –
Məlum olduğu kimi, Roma
papası Ermənistan səfəri zamanı qondarma soyqırım qurbanlarına qoyulan abidəni
ziyarət edib, 1915-ci il hadisələrini “soyqırım” adlandırıb. Osmanlı
imperiyasını qəddarlıqda ittiham edən Roma papası anti-türk bəyanatları ilə Ermənistanı
artıqlaması ilə məmnun edib.

Maraqlıdır, Roma
papasının “soyqırım” iddiasına Azərbaycan tərəfi rəsmi və ya qeyri-rəsmi
formada etiraz etməlidirmi?

Bununla bağlı
sayt-a açıqlama verən sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı
belə bir etirazın gərəkli olduğunu vurğuladı:

“Təbii ki, Azərbaycan
Roma papasının “soyqırım” iddiasına etiraz etməlidir. Vatikanın “soyqırım”
dediyi hadisə əslində olmayıb. Türkiyədə həmin dönəmdə bir milyondan çox erməni
olmayıb. Onların da çoxu xaricə çıxıb gedib. Doğu Anadoluda, Ərzurum, Qars
İğdır, Van ərazilərində isə bu hadisələr zamanı iki milyona yaxın türk ölüb. Ermənilər
tərəfindən öldürülən insanların böyük bir hissəsi Azərbaycan türkləri idi.
Türkiyədə öldürülənlər bizim bacı-qardaşlarımızdır. Azərbaycan türklərinə qarşı
tarixi bir ədalətsizlik olub. O yerlərdə bizim toplu məzarlıqlarımız var. Lakin
soyqırıma məruz qaldığını deyən ermənilərin bir dənə olsun kütləvi məzarlığı
yoxdur. Azərbaycan və Anadolu türklərinin isə çoxlu sayda toplu məzarlıqları
var. Buna görə də bu məsələnin həm də Azərbaycana aidiyyatı var. Vatikanla Azərbaycan
bunca yaxınlıq edə-edə, Roma papasının Azərbaycanın rəyini soruşmadan, öyrənmədən
türkləri soyqırımda ittiham etməsi doğru deyil”.

 

Seymur Əliyev 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler