Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycan reallığında neyise proqnozlaşdırmaq mümkün deyil”

07 Ekim 2016

9:20 am


07/10/2016 [13:16]: xeber –
Son günlər müxtəlif nazirliklərdə nazir müşaviri vəzifəsinə yeni təyinatlar
həyata keçirilməkdə, müşavir və və müavin ordusunun sayı artırılmaqdadır.
Maraqlıdır, maliyyə-iqtisadi baxımdan ciddi problemlərlə üz-üzə qalan Azərbayacanda
məmur kontingentinin sayının artırılması nə dərəcədə məntiqlidir? Bunca müavin
və müşavir ordusuna gərək varmı?

sayt-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu məsələ
ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Müşavir ordusunun sayının durmadan artması nazirliklərin aparatının
şişməsinin göstəricisidir. Ixtisarların aparılması, optimal və çevik idrəetmə
mexanizminin yaradılması əvəızinə yeni-yeni müşavirlər, müavinlər təyin olunur.
Bundan bir müddət öncə hakimiyyət təmsilçiləri ciddi isalahatların keçiriləcəyi
ilə bağlı açıqlamalar vermişdi. Məmur ordusunu sayının artırılması bu “ciddi
islahatların” nə dərəcədə ciddi olduğunu göstərir.

İkincisi, ola bilsin ki, təyin edilən bu müşavirlərin gələcəyin nazir
və nazir müavinləri kimi seçimi, öyrənilməsi aparılır.

Üçüncüsü isə, ola bilsin ki, hakimiyyət sadəcə ekspriment aparır, bunları
zəruri olduğu üçün deyil, belə istədiyi üçün belə edir. Məsələ ondadır ki, Azərbaycan
reallığında heç nəyi proqnozlaşdırmaq mümkün deyil. Çünki burada çox şey məntiqlə
deyil, istəklə, kef və əhval-ruhiyyə əsasında həll edilir”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler