Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycan” qezeti niye Poroşenkoya “xesislik” etdi?

19 Temmuz 2016

12:04 pm


19/07/2016 [16:01]: xeber –
Bir neçə gün öncə Ukrayna prezidenti Pyotr Poroşenko ilk dəfə Azərbaycana səfər etdi. Heç şübhəsiz, bu səfər ənənəvi strateji müttəfiqlik münasibətlərində olan Azərbaycan və Ukraynanın bundan sonrakı əməkdaşlığı üçün mühüm əhəmiyyət kəsb edir. Elə bu səfərin əhəmiyyətini nəzərə alan rəsmi mətbuat orqanları Ukrayna prezidentinin Bakı təmaslarını, Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşləri ətraflı işıqlandırıblar. Qəzetlərin birinci səhifələri bu mühüm səfərə həsr olunub. Örnəyi, “Xalq qəzeti” həmin günkü sayının birinci səhifəsini bütünlüklə bu səfərə həsr edib.Maraqlıdır ki, dövlət qəzetlərini mütəmadi izləyən adının çəkilməsini istəməyən bir oxucumuz iddia edir ki, parlamentin mətbu orqanı olan “Azərbaycan” qəzetinin  Ukrayna prezidentinin Bakı səfəri və Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşləri birinci səhifəsində “xəsisliklə” işıqlandırıb.Belə ki, “Azərbaycan” qəzetinin həmin günkü sayının ana səhifəsində bu mövzuda cəmi iki kiçik ölçülü xəbərə yer verilib. Ölkə üçün əhəmiyyətli olan bu səfərdən geniş reportaj verilməsi əvəzinə, “Dəmirçidən Lahıca uzanan yol” adlı rəsmi qəzetin birinci səhifəsinə çıxacaq qədər önəmli olmayan yazı yerləşdirilib. Bu məntiqin səbəbini isə yəqin ki, yalnız “Azərbaycan” qəzetinin rəhbərliyi bilir.Zəhra




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler