Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycan Qerb mediasına açılmalıdır”

03 Ağustos 2016

11:52 am


03/08/2016 [15:48]: xeber –
Böyük Britaniyanın “The
Guardian” nəşrində yer alan anti-Azərbaycan
mahiyyətli məqalə cəmiyyətdə ciddi narahatlıq və narazılığa səbəb olub.
Maraqlıdır, Qərb və dünya mətbuatında yer alan bu cür yazıları hansısa yolla
önləmək, bu cür uydurma ittihamları əngəlləmək mümkündürmü?

sayt-a açıqlama verən Ayna.az saytının baş redaktoru Elçin
Şıxlı bunun üçün Azərbaycanın Qərb və dünya mətbuatına açılmalı olduğunu
vurğuladı:

“Məsələ bundadır ki, Azərbaycan Qərb və dünya mediasına qapanıb. Buna
görə də Qərb mediası daha çox ermənilərin marağını əks etdirən yazılarla çıxış
edir. Əgər hər hansı Qərb mətbuatı bilsə ki, Azərbaycanda onların suallarına
cavab verən, onları maraqlandıqları məsələ ilə bağlı ətraflı bilgiləndirən ya
hansısa jurnalist qrupu, ya digər bir orqan var, o zaman onlar Ermənistana
deyil, bura üz tutar, əsl həqiqətlə tanış olarlar. Düzdür, əsl azad mətbuat hər
iki tərəfin mövqeyini verməlidir, lakin Azərbaycanla bağlı problem bundan ibarətdir
ki, biz özümüz onları bu imkandan məhrum etmişik.

Azərbaycanm Qərb mediasına açılmalıdır. Bizim Qərbdə dostlarımız
olmalıdır. Nə qədər ki, bu yoxdur, Qərb mətbuatında Azərbaycan əleyhinə yazılar
dərc edilməkdə davam edəcək”.

 

Seymur Əliyev 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler