Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycan ordusunun temas xettindeki telimleri Rusiyaya mesajdır”

20 Haziran 2016

9:36 am


20/06/2016 [13:33]: xeber –
Bu gün Rusiyanın şimal
paytaxtı hesab edilən Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri
arasında növbəti görüş keçiriləcək. Qarabağ konfiliktinin diplomatik yolla həlli
istiqamətində növbəti cəhd olan Sankt-Peterburq görüşünün keçirildiyi bir
zamanda Azərbaycan SQ 25 minlik şəxsi heyətin iştirakı ilə təmas xəttində
irimiqyaslı təlimlərə start verib ki, bu da əksər politoloqlar tərəindən rəsmi Bakının
Ermənistana əzələ nümayişi kimi dəyərləndirilib.

Maraqlıdır, təlimlərin
diplmatik danışıqlarla eyni vaxta təsadüf edilməsi rəsmi Bakının düşmənə əzələ
nümayişi kimi qəbul edilə bilərmi? Diplomatik və hərbi müstəvidə baş verən bu
olaylar arasında hər hansı bir əlaqə mövcuddurmu?

Bununla bağlı
sayt-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri,
politoloq Elxan Şahinoğlu bunun daha çox Rusiya prezidentinə ünvanlanan mesaj
olduğunu vurğuladı:

“Azərbaycan ordusunun təmas
xəttinəki irimiqyaslı təlimləri rəsmi Bakının daha çox Rusiyanın dövlət
başçısına ünvanlanan mesajı kimi dəyərləndirilə bilər. Azərbaycan tərəfi bu təlimlərə
diqqətə çatdırmaq istəyir ki, o, səmərəsiz diplomatik danışıqlarla vaxt itirmək
niyyətində deyil. Ölkə başçısı özü də açıq şəkildə qeyd etdi ki, Azərbaycan daha
20 il diplomatik danışıqlara vaxt sərf etməyəcək və bunu düşünənlər yanılır. Rəsmi
Bakı bu təlimlərlə Rusiyaya anlatmaq istəyir ki, Kreml işğaldakı torpaqların azad
edilməsi məqsədi ilə rəsmi İrəvana təzyiq göstərməli, problemin diplomatik
yolla həlli istiqamətində ciddi addımlar atmalıdır. Əks təqdirdə, təmas xəttindəki
atəşkəs müvəqqəti xarakter daşıyacaq və Azərbaycan problemin hərbi yolla həlli
variantı üzərində dayanmalı olacaq”.

 

Seymur Əliyev

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler