Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan Ordusunun düşmeni mehv edecek öldürücü silahı -FOTOLAR

11 Ekim 2016

11:00 am


11/10/2016 [14:57]: xeber –
ABŞ-ın “The National İnterest” nəşri Rusiya və Amerika arasında mümkün müharibədə tətbiq olunacaq 10 öldürücü silahla bağlı material yayımlayıb.Siyahıda olan silahlardan birinin Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olması diqqət çəkir.“T-90” tankı.Nəşr bunun öldürücü silah olduğunu yazıb. Bu tanklar Rusiyanın zirehli maşınları sırasında “Armata” istisna olmaqla ən müasiridir. “Armata” hələ istehsal olunur və silah arsenalına daxil edilməyib. “T-90” SSRİ-nin tankı olan “T-72”-nin müasirləşdirilmiş formasıdır. “T-72” müasirləşdirilərək “T-80” ilə əvəz olundu. Lakin çeçen müharibəsində “T-80”-nin uğurlu olmadığı ortaya çıxdı. Bundan sonra Rusiya hərbi kompleksi “T-90” tankının istehsalına başladı.“T-90” Qərbin “Bəbir-2”, yaxud M1A2 “Abrams” kimi tanklarına alternativ hesab olunur. “T-90” aşkarlama və idarəetmə sisteminə malikdir. Həmçinin, güclü müdafiə sistemi var.Nəşrin məlumatına görə, “T-90” tankları Azərbaycan, Türkmənistan, Əlcəzair, Uqanda və Hindistan ordusunda da var. Hazırda Moskva “T-90MS” adı ilə tankın təkmilləşdirilmiş versiyasını təklif edir.(Publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler