Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan ordusunda Gülen terefdarları varmı?

26 Temmuz 2016

4:24 pm


26/07/2016 [20:20]: xeber –
Son günlər Azərbaycan
ordusunda Fətullah Gülən tərəfdarlarının ola biləcəyi ilə bağlı iddialar səslənməkdədir.
Belə ki, bəzi türk elspertləri iddia edir ki, Azərbaycanda türk təlimatçılarının
təlimlər keçdiyi, habelə azərbaycanlı kursantların bəzisinin məhz Türkiyədə
oxuduğu nəzərə alınarsa, Azərbaycan ordusunda da Gülən tərəfdarları ola bilər.

Maraqlıdır, Azərbaycan
ordusunda Gülən tərəfdarlarının olması mümkündürmü? Orduda bu yöndə hansısa təftişin
aparılmasına ehtiyac varmı?

Bununla bağlı
sayt-a açıqlama verən hərbi ekspert Azad İsazadə maraqlı fikirlər səsləndirib:

“Məncə Azərbaycan cəmiyyətində
Gülənin ideyaları o qədər də geniş yer tutmayıb. Mülkilər arasında onun bəzi tərəfdarları
ola bilər. Istisna etmirəm ki, orduda da bu cür şəxslər ola bilər. Lakin hesab
edirəm ki, bu, təhlükəli həddə olan problem deyil. Doğrudur, mən bu yöndə
araşdırma aparmamışam. Buna görə də  dəqiq
bir söz deyə bilmərəm. Lakin bir şeyi də unutmaq olmaz ki, hər bir hərbi hissədə
xüsusi şöbə var. Hər bir zabitin bioqrafiyasına nəzarət olunur. Əgər belə bir təhlükə
varsa, yəqin ki, zamanla öz həllini tapacaq.

Türk ordusunun özündə də
Gülən tərəfdarları son 10-20 il ərzində yetişib. Əvəllər onların sayı o qədər də
çox deyildi. Türkiyə ordusuna ən ciddi zərbə vuranlardan biri elə Gülən tərəfdarları
olub. Türkiyə hərbçiləri Azərbaycana ilk dəfə I Qarabağ savaşı zamanı daxil
olub. Mən tanıdıqlarım Atatürkçü zabitlər idi. Bu səbəbdən də düşünmürəm ki,
son illərdə Gülən tərəfdarlarının sayı son dərəcə artmış olsun”.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler