Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan neftsiz dövlet büdcesi formalaşan ölkeye çevrile biler

23 Temmuz 2016

6:24 am


23/07/2016 [10:20]: xeber –
Neftin qiymətinin kəskin azalmasından sonra büdcəyə kömək edəcək digər sahələrin axtarışına çıxılıb. Yük daşımaçılığı da bu sahədə prioritet olaraq göstərilir. Bildirilir ki, hökumətin bu sahədən gözləntisi böyükdür. Statistik məlumatlar isə göstərir ki, bu ilin yanvar-iyun aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,7 faiz artıb. Məlumata görə, cari ilin iyun ayında isə may ayına nisbətən yükdaşıma qiymətləri 0,4 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 0,2 faiz və 0,7 faiz, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 0,7 faiz, dəniz nəqliyyatında 0,6 faiz, avtomobil nəqliyyatında 0,2 faiz artıb, ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb. Qeyd edək ki, bu istiqamətdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də iqtisadi və strateji baxımdan böyük önəmə malikdir. Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri Mehmet Fatih Öztarsunun sözlərinə görə, inşası 2010-cu ildə başa çatması gözlənilən, lakin illərlə davam etdirilən Bakı-Tiflis-Qars dəmir yolu ilə yük Avropa-Çin xəttində fasiləsiz daşınacaq. “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bölgə ölkələri üçün iqtisadi və strateji baxımdan böyük önəmə sahibdir. İldə 1 milyon sərnişin, 6,5 milyon ton yük daşıma qabiliyyətinə malik olan bu layihənin hədəfi, 2034-cü ildə il ərzində 3 milyon sərnişin və 17 milyon ton yük daşımaqdır”, – deyə o bildirib. O, “Sputnik”ə açıqlamasında deyib ki, Azərbaycan Xəzər dənizi ilə Avropa arasında bir körpü olaraq önəmli bir stansiya vəziyyətinə gələcək: “Bölgədə Ermənistan ətrafında izolyasiyanın güclənməsində də bu dəmir yolu layihəsi mühüm əhəmiyyət kəsb edir. Çünki yaxın zamana qədər təxirə salınan Abxaziya dəmir yolunun Bakı-Tiflis-Qarsa alternativ olaraq düşünülməsi bölgədəki strateji tarazlıqları dəyişdirə bilər. Gürcüstanda İvanişvili zamanında bu məsələ çox danışılırdı, ancaq yaxın dövrdə buna bənzər fikirləri yenidən eşitmək mümkündür. Bu layihənin ən önəmli hissəsi isə Türkiyədir. Çünki Türkiyə üzərindən Avropaya çıxmaq Gürcüstan və Azərbaycan üçün uzunmüddətli qazanc deməkdir. Qars bölgəsinin yenidən strateji nöqtəyə gəlməsi də bir o qədər önəmlidir”.Qeyd edək ki, Türkiyədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla Türkiyə Respublikası nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti müzakirə edilib. Tərəflər yaxın gələcəkdə Azərbaycan, Gürcüstan və Türkiyə rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun istismar şərtləri və tarif siyasətinin müəyyən edilməsi üçün üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə ediblər.Ekspert Fikrət Yusifov bildirdi ki, Azərbaycanda tranzit yükdaşımalar sahəsində işlərin təkmilləşdirilməsi və onun müasir tələblər səviyyəsində qurulması sahəsində son zamanlar dövlət tərəfindən əsaslı addımlar atılır: “Qeyri-neft sektorunun ən aparıcı sahələrindən biri hesab olunan tranzit yükdaşımalar ölkəyə möhkəm valyuta daxil olması sahəsində aparıcı yerlərdən birini tuta bilər. Bunun üçün bu sahənin kifayət qədər böyük imkanları mövcuddur. Əlverişli coğrafi mövqe Azərbaycanı bu sahədə regionun ən aparıcı ölkəsi kimi tanıdıb. İndi hər şey özümüzdən asılıdır. Ölkə başçısının keçən ilin oktyabr ayının 21-də imzaladığı fərman bu sahədə bütün işlərin bir mərkəzdən – Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən idarə olunmasını ehtiva edir. Bu, çox müsbət bir haldır. Müasir şəraitdə bu sahədə uğur qazanmağın əsas yolu düşünülmüş bir siyasətin ortaya qoyulmasından çox asılı idi. Burada pərakəndəliyə yol vermək olmazdı. Azərbaycan üzərindən yüklərini daşımaq istəyən hər bir tərəf ilk növbədə daşınan yüklərin tariflərinin məğbul olmasını və həm də daşıtdırdığı yüklərin təhlükəsizliyinin təmin olunmasını istəyirdi və bu, çox təbii bir istək idi”. Ekspertin sözlərinə görə, ancaq dəmir yolu da daxil olmaqla, bütün nəqliyyat vasitələri ilə yüklərin Azərbaycan üzərindən daşınması sahəsində yuxarıda adını çəkdiyimiz fərmana qədər mövcud olan pərakəndəlik bu sahənin inkişafında bir buxova çevrilmişdi:“Fərmandan sonra tranzit yükdaşımalar sahəsində bütün məsələlərin tam koordinasiya edilməsi və bir mərkəzdən idarə olunması bu bazarda layiqli yer tutmağa yaxşı əsas yaratdı. Boş bazar yoxdur. Tutulmuş bazarlara isə daxil olmağın yeganə yolu keyfiyyətli və ucuz xidməti ortaya qoymaqla mümkündür. Bu gün dəmir yolu vasitəsilə Azərbaycan üzərindən daşınan yüklərin həcmi getdikcə artır. Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması, bu ilin sonundək Bakı-Tiflis-Qars yolunun istifadəyə verilməsi Azərbaycan üzərindən dəmir yolu ilə daşınacaq yüklərin həcminin kifayət qədər artmasına şərait yaradacaq. Şimal-cənub dəhlizinin tam gücü ilə istifadəyə verilməsi, gələcəkdə Hindistandan yüklərin dəmir yolu ilə İran vasitəsilə Azərbaycan üzərindən şimala və Avropaya daşınması şanslarının mövcudluğu və artıq bu istiqamətdə ilkin işlərin görülməsi isə bu sahədə böyük perspektivlər vəd edir”.Qeyd edək ki, bir müddət əvvəl deputat Vahid Əhmədov da bildirib ki, nəqliyyat, daşıma şirkətlərinin də Azərbaycana marağı çox böyükdür: “Böyük İpək yolu Çini Avropa ilə birləşdirəcək. Bakı-Tiflis-Qars dəmir yolu xətti bu ilin payızında istifadəyə verilməlidir. Bu cür dəmir yolu xətləri DHL kimi nəhəng daşımaçılıq şirkətlərini cəlb edir. Belə bir nəhəng beynəlxalq daşımaçılıq şirkətinin Çindən daşımaları Azərbaycan üzərindən həyata keçirməsinin ölkəmizin büdcəsinə böyük gəlirlər verəcəyi şübhəsizdir. Həmin şirkətlə protokol imzalanmasının böyük əhəmiyyəti var. Çin dünya iqtisadi nəhənglərdəndir və faktiki olaraq dünyadakı bütün dövlətlərə öz məhsullarını ixrac edir. Bəzi dövlətlərdən məhsullar idxal edir. Bu ölkənin daşımaları həddən artıq böyükdür. Çinlə Azərbaycan arasında iqtisadi-ticarət münasibətləri yüksək səviyyədədir. Azərbaycanın özünə idxal olunan Çin mallarının da daşınmasında həmin şirkətin xidmətindən istifadə edilə bilər. Bu da iqtisadi baxımdan Azərbaycanın xeyrinə olar. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizi olması gündəmdədir. Burada əsas yerlərdən birini təbii ki, dəmir yolu nəqliyyatı tutacaq. Dövlət başçısı tərəfindən bu işə çox ciddi dəstək var”.Onun sözlərinə görə, Azərbaycanın tranzit mərkəzə çevrilməsinin gətirəcəyi gəlirlər ölkəmizin neftdən asılılığını aradan qaldırmaqda ciddi rol oynaya bilər: “Neftdən asılılığı aradan qaldırmaq üçün müəyyən proqramlar həyata keçirilir. Nəqliyyat daşımaları da proqramın bir hissəsidir. Nəqliyyat elə bir sahədir ki, orada gəlirlər yüksək olur. Bu sahəyə biz əvvəllər elə də böyük önəm verməmişik. Son vaxtlar çox ciddi önəm verilməyə başlanıb. Nəhəng şirkətlərlə imzalanan protokollar, yuxarıda qeyd etdiyim həyata keçirilən işlər də bu sahəyə önəm verilməsinin göstəricisidir. Biz artıq neftsiz dövlət büdcəsi formalaşan ölkəyə çevrilmək iqtidarındayıq”.(musavat.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler