Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan nece “Gülençileşdi” – SOCAR-ın, yoxsa milli tehsil siyasetimizin teqsiri?

01 Ağustos 2016
6:24 pm


01/08/2016 [22:21]: xeber –
“İndi buradan həm Türkiyədəki, həm də Azərbaycandakı yetkililəri xəbərdar edirəm: Azərbaycanda illərdir fəaliyyət göstərən FETÖ-çu şəbəkənin, əsasən Bakıda olmaqla, 3 minə yaxın “İşıq evi”, Türkiyəyə milyardlarla dollar yatıran SOCAR şirkətinə verilmiş kimi göstərilən kollecləri var. Bu çete illərdir Azərbaycanın dövlət bürokratiyasına, Müdafiə və Daxili İşlər nazirlikləri strukturlarına öz adamlarını yerləşdirir. Əgər Türkiyədəki çevriliş cəhdi uğurlu olsaydı, bu strukturlarda uyuyan agentlər də fəallaşacaqdı”.Strateq.az xəbər verir ki, bu qorxulu ssenarini Türkiyəli yazar Fuat Uğur irəli sürüb.Bir sıra mətbu orqanlarda işıq üzü görən məqaləsində yazar onu da iddia edir ki, Türkiyədən sonra hərbi çevriliş prosesi “Türk baharı” olaraq başqa ölkələrə – Qırğızıstan, Azərbaycan və Türkmənistana da yayılıb təkrarlanacaqmış.İnsafən, SOCAR-da son zamanlar baş verən bir sıra hadisələr yuxarıda irəli sürülən iddiaları qüvvətləndirəcək mahiyyətdədir. Xüsusilə SOCAR-ın Türkiyə təmsilçiliyində ciddi təmizləmə əməliyyatlarının başlanması təsadüfə oxşamır. Məlumatlara əsasən, hələ iyul hərbi qiyamından xeyli əvvəl “SOCAR Türkiyə”nin tərkibində çox mühüm kadr islahatları aparılıb. Qurumun İcraçı Direktoru Kənan Yavuz vəzifəsindən uzaqlaşdırılıb, yerinə Zaur Qəhrəmanov gətirilib. Onun birinci müavini Samir Kərimli, PETKİM-in baş direktoru Sadəttin Korkut, PETKİM İnstitutunun baş katibi Harun Yavaş, “SOCAR Türkiyə”nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ömər Adsız, İnsan Resursları üzrə direktor İlqar Məhəmmədoğlu, İT direktoru Fuad Uludağ, Satınalmalar üzrə direktoru Çətin Korkut, SOCAR Power ortağı Ənvər Tanər Baltaçı, Yasar Çoruh ve Tolqa Toprak da “vurulanlar” arasındadır. Sonradan adı çəkilən bu şəxslərdən bəzilərinin Türkiyə hüquq mühafizə orqanları tərəfindən Gülənçi ittihamıyıla həbs olunması SOCAR-ın boş-boşuna kadr islahatları aparmadığından xəbər verir.Buna baxmayaraq, şirkətin adının Türkiyə mətbuatında özəlliklə 15 iyul hadisəsindən sonra Çülənçilərlə yanaşı hallandırılması diqqətçəkicidir. O da diqqətçəkicidir ki, bir çox hallarda aparılan bu kadr islahatları qiyamdan sonra baş vermiş hadisə kimi hallandırılır. Halbuki, faktlar həmin şəxslərin 15 iyuldan 3 ay əvvəl – aprel ayında işdən çıxarıldıqlarını göstərir. Bu hal qurumun məqsədli hədəfə çevrildiyini və bu səbəbdən də müəyyən faktlardan məhz o məqsəd üçün istifadə olunduğunu təsdiqləyir.Sözsüz ki, bu kadr islahatlarında FETÖ-yə qarşı mübarizə faktorunu istisna etmək də mümkün deyil. Böyük ehtimalla işdən atılan bu kadrlar elə öz Gülənçiliklərinin güdazına gediblər. Amma hadisənin 3 ay bundan əvvəl deyil, 15 iyuldan sonra baş vermiş kimi təqdim olunması məkrdən xəbər verir, Azərbaycanın ən böyük dövlət şirkətinin qiyamçı FETÖ üzvləriylə əlaqəsi barədə təəssürat yaratmağa xidmət edir.SOCAR rəhbərliyi üzərində Gülənçi kölgəsinin yaradılması əslində Azərbaycan qədər Türkiyənin də əleyhinə yönəlib. Sirr deyil ki, SOCAR-ın qardaş ölkədə fəaliyyəti Türkiyədə neft sənayesinə töhfə üçün nəzərdə tutulub. Dəyəri milyardlarla dollarla ölçülən layihələrin Türkiyə iqtisadiyyatının yeniləşməsində və çeşidlənməsində müstəsna rol oynayacağı şəksizdir. SOCAR prezidenti Rövnəq Abdullayevin 15 iyul hadisələrindən sonra Anadolu Agentliyinə verdiyi açıqlama da bunu təsdiqləyir. Həmin açıqlamasında  Rövnəq Abdullayev deyirdi: “Türkiyədə ümumi dəyəri 18 milyard dolları keçən və Avropanın enerji ehtiyacını qarşılamağa yönəlik layihələrimiz tam gücü və sürəti ilə davam edəcək. SOCAR olaraq Türkiyədə birbaşa və dolayısıyla 40 min nəfərlik bir ailəni təmsil edirik. Bu səbəbdən Türkiyə bizim evimiz, məmləkətimizdir”.Türkiyəyə öz evi, doğma məmləkəti kimi baxan SOCAR-ın gözdən salınması, təbii ki, ilk növbədə iki qardaş ölkənin arasına güvənsizlik toxumu səpməyə, yarana biləcək ziddiyyətlər nəticəsində dünya dövlətinə çevrilmək hədəfini qarşıya qoyan Ankaranın önünü kəsməyə xidmət edir. Sual oluna bilər: bu qaralama kampaniyası kimə, nə üçün lazımdır?Son zamanlar Ankaranın Moskvaya yaxınlaşmasını həzm edə bilməyən ABŞ adminstrasiyasının Türkiyəni yaxın müttəfiqləriylə düşmənə çevirməyə çalışması SOCAR-a qarşı kampaniyada ilk növbədə onun rol ala biləcəyi ehtimalını ağla gətirir.Bununla belə, Rusiya da bu məsələdə ABŞ-dan geri qalmır. O da Avropanın enerji təhlükəsizliyinin əsas qarantı kimi baxılan Cənub Qaz Dəhlizi layihəsini arzulamır, bu dəhlizi öz qaz strategiyasının altermativi kimi görür və onun reallaşdırılmasına imkan verməməyə çalışır. Deməli, ABŞ-la Rusiya bir çox beynəlxalq məsələlərdə fərqli mövqe sərgiləsələr də, Azərbaycan-Türkiyə münasibətlərinin “bir millət, iki dövlət” çərçivəsində qalması və inkişaf etdirilməsi hər iki rəqibi birləşdirən məsələ kimi ortaya çıxır. Odur ki, iki qardaş ölkənin rəhbərliyi arasında ziddiyyət yaradacaq bu kimi məsələlərə xüsusi həssaslıqla yanaşmalı, necə deyərlər, suyu üfləyə-üfləyə içməlidirlər.Sözsüz ki, bu fikirləri deyərkən, SOCAR-ın tərkibində Gülən müridlərinin mövcud olmadığını iddia etmək fikrində deyilik. Bu ilin aprel ayında şirkətin tərkibində aparılan böyük təmizləmə əməliyyatı Gülənçilərin SOCAR-da mühüm vəzifələr tutduğunu və onların rəhbərlik tərəfindən vəzifələrindən uzaqlaşdırıldığını göstərir. Bununla belə, Gülənçilərin SOCAR-da rişələnməsi heç də Azərbaycan siyasi iradəsinin istək və arzularından irəli gəlməyib. Zənimizcə, bu kökatmanı iki başlıca amillə izah etmək olar:1. Türkiyənin öz zəmanəti;Sirr deyil ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyədən ölkəmizə təşrif buyuran hər kəs barəsində rəsmi Ankaranın zəmanətini alaraq iş görüb. Bir zamanlar Bakının elektrik təchizatının tapşırıldığı “Barmek” də, 1990-cı illərdə yelkənlərini ölkəmizə tərəf açan Gülənçilər də məhz Türkiyə rəhbərliyinin xüsusi zəmanəti altında fəaliyyət göstəriblər.Əslində son bir neçə ilə qədər Ərdoğan hakimiyyətinin öz iqtidarını Gülənçilərlə bölüşdüyü də hər kəs tərəfindən bilinir. SOCAR-ın Türkiyə təmsilçiliyi də, yəqin ki, birbaşa rəsmi Ankara tərəfindən razılaşdırılmış insanlar olublar. Şirkətin sabiq CEO-su Kənan Yavuzun 2004-cü ildən etibarən “Petkim”də iş həyatına başlaması da bunu təsdiqləyir.Qeyd edək ki, həmin illərdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyildi. Deməli, Gülənçi kadrların iş başına gətirlməsinin də Abdullayevlə əlaqəsi yoxdur.2001-ci ildə qurulan, üstündən bir il keçəndən sonra hakimiyyətə gələn və 2003-cü ildə baş nazirlik postunu Ərdoğana həvalə edən AKP-nin iqtidarda möhkəmlənmə dövrünün həmin ərəfəyə düşməsi Kənan Yavuzun kim tərəfindən “SOCAR-Türkiyə”nin başına gətirilməsinin ən barizi sübutlarındandır.2. SOCAR-ın kadr seçimində alternativsizliyi;Türkiyə hakimiyyətinin zəmanətini alan Gülənçilərin Azərbaycanın bir sıra dövlət qurumlarında olduğu kimi, SOCAR-da möhkəmlənməyə çalışması və buna nail olması da olduqca normaldır. Çünki bu qurum adi bir neft şirkəti deyil, həm də Azərbaycan iqtisadiyyatının şah damarıdır və iqtisadiyyatının 80-90%-nin neftdən asılı olduğu bir məmləkətdə neft hasilatıyla məşğul olan quruma sahiblik həm də ölkəyə yiyələnmək mənasına gəlir.Fəqət bunu Azərbaycan siyasi iradəsinin və ya SOCAR rəhbərliyinin məqsədyönlü siyasəti kimi təqdim etmək bir qədər qərəzli təsir bağışlayır. Gülən camaatının strateji əhəmiyyətli dövlət qurumlarında, o cümlədən SOCAR-da rişə atmasının əsas günahkarı axtarılacaqsa, ünvan doğru seçilməli, necə deyərlər, “qoyun qoyun ayağından, keçi keçi ayağından” asılmalıdır.Məsələ burasındadır ki, bəyənsək də, bəyənməsək də, bu günə qədər gənc kadrların yetişdirilməsi işində Gülən camaatı digər təhsil ocaqlarını üstələyiblər. Orta məktəblərdən tutmuş, ali təhsil müəssisələrinə, hazırlıq kurslarına qədər böyük şəbəkə yaradan camaatın öz fəaliyyətini iki istiqamətdə apardıqlarını müşahidə edə bilərik. İstqamətlərdən biri savadlı şagird və tələblər üzərində fokuslaşmaqdır. Gülən məktəbləri bu cür uşaqları imtahanlar nəticəsində seçib, xüsusi istedad sahiblərinə pulsuz təhsil veriblər. Beləcə, Azərbaycanın intellektual potensialının onların əlinə keçməsinə şərait yaradılıb.Digər bir istiqamət isə özəlliklə elitar kəsimin övladları üzərində işləmələri olub. Gülənçi məktəblərin pullu, ödənişlərin isə orta statistik Azərbaycan vətəndaşlarının maaşlarının üzərində olması bu istiqamətdə yürüdülən siyasətin təbii seçmə filtri rolunu oynayıb. Bu iddianın nə dərəcədə həqiqət olub-olmadığını anlamaq üçün, gəlin, bəzi rəqəmlərə  göz ataq.Statistikaya görə, Azərbaycan müstəqillik qazandıqdan sonra indiyə qədər qeydə alınan ən yüksək aylıq nominal əmək haqqı 449,5 manat olub. Təxminən 500 manatdan götürsək, bu, ildə 6000 manat edər. Gülənçi məktəblərin illik haqları isə ən azı 6000 manatdan başlayıb. Yəni orta səviyyəli bir ailə başçısı öz övladını Gülən məktəblərində oxutmaq istəsə, il boyu yeməməli, içməməli, aldığı maaşın üzərinə bir xeyli pul qoyub bu təhsil müəssisələrinə verməliydi. Üstəlik, bir də övladının kitab-dəftər, paltar, müxtəlif ekskursiyalara getmək pulu da var. Əlbəttə ki, sadə bir vətəndaşın bu qədər imkanı əldə etməsi mümkün deyildi. Deməli, Gülən məktəbləri də ən azı bu səbəbə görə sadə ailələrin üzünə bağlıydı.Deyə bilərsiniz ki, Azərbaycanda maaş göstəriciləri işçilərin iqtisadi vəziyyətini əks etdirən tablolar deyil. Ölkədə geniş yayılan korrupsiya və rüşvətxorluq halları vətəndaşın ailə büdcəsinə daxil olan vəsaitlərin maaşdan qat-qat artıq olmasına şərait yaradır. Bir çox müəssisələrdə işləyən, rüşvət almaq imkanı olmayan şəxslərə isə verilən “paketlər” maaşlardan bir neçə dəfə yüksək olur. Odur ki, yalnız maaş göstəricilərinə söykənib bu cür hesabların aparılması yanlışdır.Tamamilə doğrudur. Amma gəlin, görək, Azərbaycanda bu imtiyazlardan kimlər faydalanırlar?Diqqətlə araşdırsaq, görərik ki, bu məmləkətdə əli rüşvət mexanizminə çatanlar da, kabinetlərdə oturub yüksək paketlər alanlar da əsasən oliqarxlara yaxın adamlar, qohum-əqrəbalardır. Gülən məktəblərinin xitab etdiyi kəsimlər də elə onlardır.”Ağ sinif”in övladlarının ələ keçirilməsi dövlət vəzifələrinin əldən-ələ ötürüldüyü bir ölkədə həm də gələcək üçün yatırılmış siyasi investisiyaya bənzəyir. Bu “ağ sinif”ə aid seçilmişlərin ərköyünlüyü, kütbeyinliyi isə nəinki problem deyil, əksinə yaxın perspektivdə hakimiyyəti ələ keçirmək istəyənlər üçün göydəndüşmə fürsətdir. Necə olsa, onların əvəzinə düşünənlər var və beyinləri başlarında olmasa belə, yanlarında, çevrələrində böyüdülür. Sabah siyasi olimpə doğru yüksələn bu seçilmişlər köləyə çevrilmiş ağıllarını da özləriylə daşımalı olacaqdılar. Beləcə, dövlətin bütün mexanizmləri Gülən müridlərinin əlinə keçəcəkdi.Məsələyə bu aspektdən baxanda, Gülən məktəblərinin öz fəaliyyətlərini niyə iki istiqamətdə apardıqları aydın olur.İki istiqamətdə yürüdülən bu siyasətin nəticəsində yeni nəsil idarəçilərinin artıq dəyişilməsi də gözlənilməz deyil. Mümkündür ki, həqiqətən, Azərbaycan hakimiyyətinin bütün strukturları böyük ölçüdə Gülənçilərin əlinə keçsin. İllər boyu yürüdülən məqsədyönlü təhsil siyasəti nəticəsində bunun belə olmaması təəccüblü görünərdi. SOCAR da, sözsüz ki, Gülənçiləşmə prosesindən öz nəsibini ala bilər.Amma, gəlin, məsələyə insafla yanaşaq: SOCAR öz kadrlarını hansı zümrə arasından seçməliydi? Axı bizim  şüurlu şəkildə bərbad hala saldığımız, gələcəyin kadrlarını yetişdirmək əvəzinə, müxtəlif adlarla rüşvətyığma mexanizminə çevirdiyimiz ənənəvi təhsil ocaqları müasir standartlara cavab verən kadrları yetişdirmək əzmində deyillər. Bunu ali məktəblərə qəbul və orta məktəblərdən buraxilış imtahanların nəticələri də təsdiqləyir.Gülən məktəblərinin bağlandığı 2012-2013-cü təhsil ilinin buraxılış imtahanlarının nəticələrinə görə, 9-cu sinif şagirdlərinin 87.45%-i, 11-ci siniflərin isə 60,71%-i kəsilmişdi. Eyni neqativ hal digər illərdə də təkrarlanmışdı.Məsələn, builki nəticələrə görə, IX sinif üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 26.84 faizi Ana dilindən, 31.87 faizi isə riyaziyyatdan “2” alıb.XI sinif şagirdləri də balacalardan çox fərqlənməyiblər: 22.14% Ana dilindən, 26.87% riyaziyyatdan – “2”.İmtahalardan “3” alanların sayı isə daha çoxdur: Ana dilindən 50.50%, riyaziyyatdan isə 39.45%. “4” və “5” alanların sayı  14-15%-i keçmir…Son illər ali məktəblərə qəbul imtahanları da ürəkaçan olmur. Hətta məhz bu müvəffəqiyyətsizlik keçid ballarından da yan ötüşməyib. 2015-ci ildə bütün qrupların keçid balların 200-ə salınması, bu il isə IV qrupda minimum keçid həddinin 150-ə endirilməsi təhsil səviyyəsinin aşağılığıyla izah olunur.Azərbaycan ali təhsil ocaqlarında kök salan rüşvətxorluq da kadr yetişdirilməsində neqativ rol oynayan amillərdəndir.Bütün bu neqativ halların hökm sürdüyü təhsil müəssisələrimizin yarıtmaz fəaliyyətinin nətisəsində dövlət qurum və təşkilatları istər-istəməz xaricdə təhsil alanlara üstünlük verirlər. Onların əksəriyyəti isə ya Gülən məktəblərinin yetirmələri, ya da birbaşa onun müridləri olurlar.SOCAR kimi beynəlxalq şirkətə çevrilmək hədəfini qarşıya qoyan bir təşkilatın xüsusilə Gülən müridlərinin ümidinə qalması  bu mənada təəccüblü deyil. Çünki digər “xod gedən” qurumlardan fərqli olaraq, bu şirkət beynəlxalq rəqabət içərisisindədir və ona daha savadlı, dünyanı tanıyan kadrlar lazımdır. Bir “JEK” müdiri zirzəminin qapısına kilid vurub evinə su çəkmək istəyəndən 10 manat dilənmək qabiliyyətinə malikdir. Yaxud bir gömrük məmuru qapısında dayandığı keçid məntəqəsini “Dəli Domrul körpüsü” zənn edib keçəndən bir abbası, keçməyəndən 2 abbası ala bilər. Bir SOCAR işçisi isə beynəlxalq neft münasibətlərini bilməli, qurumun xaricdəki ofisində işləyirsə, ən azı, ingilis və yerli dilləri öyrənməlidir. Bu qabiliyyətli kadrları isə Gülən məktəbləri yetişdiribsə, SOCAR nə etməlidir?Bəli, Azərbaycanın bu hala gəlməsində bir çox amillər mühüm rol oynayıb. Ən ciddi məsuliyyət isə təhsil siyasətini həyata keçirən orqanlara aiddir…Təbii ki, Azərbaycanın siyasi mexanizminin Gülən hücumlarına məruz qalmasında siyasi idarəetmə ənənələrinin də misilsiz xidmətləri var…Bütün bu səbəblər gözardı edilərək, yalnız SOCAR-da kadr islahatlarıyla kifayətlənmək bataqlığı qurutmaq əvəzinə, ağcaqanad ovlamağa bənzəyir ki, bu da gerçək islahat yox, gözdən pərdə asmaq deməkdir…(Strateq.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, Asgari ücret zammı için milyonlarca işçi, bugün yapılan Asgari Ücret Tespit Komisyonu Toplantısı'na gözünü dikti. Bilindiği üzere geçtiğimiz günlerde Asgari Ücret Tespit Komisyonu üç kere toplanmış ancak bu toplantılardan asgari ücret zammına ilişkin karar çıkmamıştı. Bugün yapılan dördüncü toplantı saat 14:00'da başladı. Türk-İş ise asgari ücret zammına ilişkin "bin 893 lira 90 kuruş olmalı" ifadelerini kullanmıştı. Ve merakla beklenen 2018 asgari ücret zammı belli oldu. İşte detaylar. 1404 lira olan asgari ücretin, ortalama yüzde 12 enflasyon dikkate alınarak zam yapılması halinde brüt bin 990 lira, net 1 572 lira olması tahminler arasında yer alıyor. Böyle bir sonuçta, bekar bir işçi için Asgari Geçim İndirimi'nin de (AGİ) 149 lira olması söz konusu. Türkiye Cumhuriyet Merkez Bankası (TCMB), kredi kartı işlemlerinde 2018 yılı ilk çeyreğinde uygulanacak azami faiz oranlarına ilişkin açıklama yayımladı. Açıklamaya göre 2018 yılı ilk çeyreğinde kredi kartı işlemlerinde uygulanacak azami faiz oranlarında değişiklik yapılmadı. 1 milyon 157 bin m2’lik büyüklüğü ve değeri ile uzun yıllar sürekli gündeme gelen ve geçtiğimiz yaz ihalesi yapılarak satılan Galatasaray Sportif AŞ.’nin arazisinin ardından fiyatların artışa geçtiği Riva bölgesinde İstanbul’un en büyük arazisi sessiz sedasız satışa çıktı. 4 milyon m2’lik büyüklüğü ile Galatasaray'ın Riva arazisinin 4 katı büyüklüğündeki arazi için istenen rakam da dudak uçuklatacak seviyelerde. İsmi verilmeyen gizemli bir iş adamına ait olduğu öğrenilen arazi için 3 milyar liranın üzerinde bir rakam telaffuz ediliyor. Arazinin büyüklüğü kıyaslama yapıldığında ise İstanbul’un en küçük ilçesi olarak bilinen Güngören’in yarısına denk geliyor. VAKTİ ZAMANINDA 100 BİN TL’YE ALINMIŞTI Galatasaray’ın eski başkanlarından Selahattin Beyazıt’ın 1971 yılında 100 bin lira karşılığında aldığı Riva arazisi 15 Haziran tarihinde satılmıştı. 1 milyon 157 bin m2’lik arazinin ihalesini en yüksek teklifi veren Fema İnşaat ve KLV İnşaat ortaklığı 3.1 milyar liralık teklifle kazanmış, ancak ihale sonrası C¸evre ve S¸ehircilik Bakanlığı’nın imar değişikliğine gitmesiyle 50 bin metrekarelik pazarlanabilir alan kaybı yaşanınca ihaleyi kazanan ortaklık grubu ihaleden çekilmişti. BİNE YAKIN VİLLA YAPILACAK İhaleyi ikinci sırada tamamlayan ve Yılmaz İnşaat Taahhüt ve Ticaret AŞ'nin teklifi ise 3 milyar 808 milyon lira toplam gelir ve 952 milyon lira şirket payı olmuştu. İhalenin kesinleşmesi sonrası bölge için düşünülen projeler konuşulurken, Galatasaray Başkanı Dursun Özbek, Emlak Konut’la üzerinde anlaştıkları Riva projesinde 950 villa yapılacağını açıklamıştı. EKOLOJİK KÖY GELİYOR Emlak Konut’un Riva ihalesi kapsamında inşa edilecek projesi ekolojik ve sürdürülebilir mimari yaklaşımıyla tasarlandı. EKO-KÖY projesinin toplam konut alanı 869 bin 522 metrekare olduğu belirtilirken, projede 206 bin 497 metrekare özel orman alanı bulunuyor. Emlak Konut Eko-Köy projesi için köy ve doğa yaşantısının bu projede hayat bulması için ihale şartnamesine belirli maddeler ekleyecek. İnşaatın 2018'de başlaması ve 3 yıl sürmesi bekleniyor. BÖLGEYİ HAREKETLENDİRDİ Galatasaray Sportiv A.Ş.’nin arazisinin satışı ve gündeme gelen proje bölgeyi de hareketlendirdi. Söz konusu arazinin satışı sonrası araziye yakın konumdaki arsaların fiyatlarında da ciddi artışlar meydana geldi. 3.Köprü ile hali hazırda değerine değer katan bölgede arsa m2’leri de 350-400 dolar seviyelerine kadar yükseldi. 3 MİLYAR 100 MİLYON TL Bölgede yaşanan değer artışlarının yanı sıra satışa çıkartılan bir arazisinin büyüklüğü ve fiyatı da dikkat çekiyor. 4 milyon m2 olarak satışa çıkartılan arazisi yakın tarihte İstanbul’da satışa çıkartılmış m2 olarak en büyük arazi olarak biliniyor. Arazinin büyüklüğü kıyaslama yapıldığında daha net ortaya çıkıyor. 4 bin dönümlük arazi 7,17 km2’lik İstanbul’un Güngören ilçesinin yarısı kadar. Değeri ve fiyatı ile uzun yıllar sürekli gündeme gelen Galatasaray'ın 1 milyon 157 bin m2’lik arazisinin 4 katı büyüklüğündeki arazinin satışı için istenen rakam da astronomik seviyelerde. 4 bin dönüm arazisinin satışı için 800 milyon dolar yani yaklaşık 3 milyar 100 milyon TL, eski para ile ise 3 kat trilyon isteniyor. Merkez Bankası’ndan yapılan duyuruda, “Kredi kartı işlemlerinde uygulanacak azami faiz oranlarında değişiklik yapılmamıştır. Bankalar, diğer ülkelerde olduğu gibi, kredi kartı faiz oranlarını bireysel kredi faizlerine göre daha yüksek belirlemektedir. Bu nedenle, kısa vadeli kredi gereksinimi olan kredi kartı sahiplerinin bu gereksinimlerini kredi kartları yerine tüketici kredileri yoluyla karşılamaları menfaatlerine olacaktır” ifadeleri kullanıldı Milyonlarca işçiyi yakından ilgilendiren ve heyecanla beklenen 2018 asgari ücret zam oranı için yapılan görüşme sona erdi. Toplantının ardından Çalışma ve Sosyal Güvenlik Bakanı Jülide Sarıeroğlu, 2018 asgari ücret zammını açıkladı. Buna göre 2018 asgari ücret brüt olarak 2 bin 29 TL net olarak bin 603 TL olarak açıklandı.günün ilk yarısında yüzde Afet ve Acil Durum Yüksek Kurulu, Başbakan Yardımcısı Recep Akdağ'ın başkanlığında Afet ve Acil Durum Yönetimi Başkanlığında (AFAD) toplandı. Akdağ, toplantının açılış konuşmasında AFAD'ın afet ve acil durumlar ile sivil savunmaya ilişkin hizmetlerin ülke düzeyinde etkin bir biçimde yerine getirilmesi için kurulduğunu hatırlattı. Türkiye'nin 1999'daki büyük depremler sırasında çok büyük acılar yaşadığını anımsatan Akdağ, "Bu acılara sebep olan depremler sırasında organizasyon, etkin müdahale, hazırlık açısından Türkiye eksiklerini de görmüş oldu. Dolayısıyla hükümetimiz, o dönemde belli kurumları bir araya getirerek Başbakanlığın çatısı altında topladı." diye konuştu. Afet ve acil durumla ilgili olarak birçok bakanlığın ve kurumun görevleri olduğunu ifade eden Akdağ, bu görevlerin bir uyum ve ahenk içerisinde yürütülmesi gerektiği için bu nedenle Yüksek Kurul'un tesis edildiğini dile getirdi. Yüksek Kurul'un yılda en az iki kez toplandığını belirten Akdağ, bu yılın ikinci toplantısını gerçekleştirdiklerine işaret etti. Recep Akdağ, Yüksek Kurulu 2018 yılında biraz daha sık aralarla toplama ihtiyacı olacağını ifade ederek "Çünkü bu organizasyonun, bu kurul yapısının özellikle afetlere hazırlanmak, riski azaltmak konusunda çok daha farklı bir hamleyi bu yıl içerisinde, yani 2018 yılı içerisinde yerine getireceğini düşünüyorum. Dolayısıyla 2018 yılı içerisinde biraz daha sık toplantılarımız olacak." dedi.0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler