Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Azerbaycan müsteqillik dövründe 25” adlı kitabın teqdimatı keçirildi

10 Kasım 2016

3:36 pm


10/11/2016 [19:34]: xeber –
Noyabrın 10-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Sosial elmlər kafedrasının əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ərsəyə gələn “Azərbaycan müstəqillik dövründə 25” adlı kitabın təqdimat mərasimi keçirildi.Sosial elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva dərs vəsaiti haqqında məlumat verərək kitabda ölkəmizin son 25 illik tarixi, sosial-iqtisadi və mədəni həyatını əks etdirən mövzuların yer aldığını söylədi. Rəhbərlik etdiyi kafedranın əməkdaşlarının elm, təhsil sahəsindəki müxtəlif kitablara müəlliflik etdiyini vurğulayan Ə.Abdiyeva həmin dərs vəsaitinin də bu qəbildən olduğunu, həmçinin tələbələr üçün əhəmiyyətli mənbə rolunu oynayacağını sözlərinə əlavə etdi.Digər iştirakçılar kitabın Azərbaycanın müstəqillik dövrünü öyrənmək üçün müxtəlif oxucu kütləsi üçün nəzərdə tutulduğunu, 25 il ərzində əldə edilən nailiyyətləri kompleks şəkildə oxucuya çatdırmaq iqtidarında olduğunu, istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda tariximizin öyrənilməsi işində mühüm rol oynayacağını bildirdilər, onun ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlıqlarını ifadə etdilər.Sonda çıxış edən Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev kitabın ideya müəllifi, tarix üzrə fəlsəfə doktoru Xatirə Hacıyevanın təşəbbüsünü yüksək qiymətləndirdi, onun timsalında müəllif kollektivinə təşəkkürünü bildirdi. O, dərs vəsaitinin müstəqilliyə həsr olunan gələcək tədbirlər planının hazırlanması işinə də öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Universitetin fəaliyyətində Sosial elmlər kafedrasının özünəməxsus yer tutduğunu deyən prorektor kafedra əməkdaşlarına işlərində uğurlar arzuladı, onların yeni-yeni ideyalarla universitetin inkişafına xidmət edən layihələrə imza atacaqlarına inandığını söylədi.Qeyd edək ki, elmi redaktoru dosent Ədalət Abdiyeva, rəyçiləri professor Mehriban Abbasova və professor Xanməmməd İbrahimov olan dərs vəsaiti Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi və möhkəmləndirilməsi, onun parlamentinin fəaliyyəti, dövlət rəmzləri, multikulturalizm və gender siyasəti, həmçinin təhsil, turizm, sahibkarlıq, kənd təsərrüfatı və sair kimi sahələrinin inkişafından bəhs edir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler