Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Azerbaycan müdafie naziri Almaniya sefiri ile görüşüb

21 Eylül 2016

2:56 pm


21/09/2016 [18:54]: xeber –
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 21-də Almaniya Federativ Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüşüb.Nazirlikdən sayt-a verilən məlumata görə, Z.Həsənov ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu qeyd edərək ikitərəfli və NATO proqramları çərçivəsində, xüsusilə hərbi-təhsil sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf perspektivindən danışıb.Səfir ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək Azərbaycanla münasibətlərin genişləndirilməsi, o cümlədən hərbi sahədə mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler